Məşhur baletmeyster Bakıda ustad dərsləri keçəcək

Məşhur baletmeyster Bakıda ustad dərsləri keçəcək
11 aprel 2019
# 09:27

Aprelin 15-dən 26-na kimi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında ustad dərsləri keçəcək.

ONA xəbər verir ki, baletmeysteri Bakıya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dəvət edib.

P.Kazmiruk 1998-ci ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasını, 2002-ci ildə MDXA institutunu "balet artisti", "pedaqoq-repetitor" ixtisası üzrə bitirib. 1998-ci ildən Böyük Teatrda çalışır.

Quruluşçu baletmeyster kimi P.Kazmiruk Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq balet tamaşasının quruluşunu həyata keçirib.

P.Kazmiruk truppa ilə ustad dərsləri keçirməklə yanaşı, eyni zamanda ayrı-ayrı solistlərlə onların müxtəlif rollarda ustalıqlarını artırmaq üzərində çalışacaq.

# 3056 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adam yaratmaq"  filmi nə vaxt yayımlanacaq?

"Bir adam yaratmaq" filmi nə vaxt yayımlanacaq?

17:49 2 aprel 2026
Məşhur serial yenidən çəkiləcək

Məşhur serial yenidən çəkiləcək

13:00 2 aprel 2026
Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?

16:43 1 aprel 2026
Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

12:41 31 mart 2026
"Delikanlı"nın yayım tarixi dəyişdi

"Delikanlı"nın yayım tarixi dəyişdi

10:39 31 mart 2026
Giray Altınokdan yeni serial

Giray Altınokdan yeni serial

13:07 27 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər