O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər?- VİDEO

O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər?- <span style="color:red;">VİDEO
21 oktyabr 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Tofiq İsmayılovun 1986-cı ildə çəkdiyi “Yay günlərinin xəzan yarpaqları” bədii filmini təqdim edir.

Süjet: Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.

“Yay günlərinin xəzan yarpaqları” 1986-cı ildə yenidənqurma illərində lentə alınıb. Görünür, bu səbəbdən də filmdə kənd məktəbinin problemləri fonunda səlahiyyətli şəxslərin daşıdığı vəzifəyə məsuliyyətsizliyi, etinasızlığı, təhsil siyasətinin düzgün qurulmaması əsas tənqid hədəflərindən biridir.

Müəlliflər ucqar kənddə təhsilin problemlərini mərkəzə gətirməklə, digər çeşidli məsələlərə də toxunurlar: yararsız infrastruktur, erkən nikahlar, gənclərin kənddən köçü və s. Və sadalanan problemlər bu günədək də kəndlərdə həllini tapa bilməyib.

Məsələn, səkkizinci sinif şagirdini ailəsi ərə verməyə hazırlaşır. Çünki anası qızına yük kimi baxır, erkən ərə verilməsinin səbəbi maddi motivdir. Ananın uşaqlarının qayğısına qalmaq üçün yetərli iqtisadi dayaqları yoxdur, dövlət isə sosial yadım ayırmır.

Başqa bir şagird Şəhriyarın (Natiq Abdullayev) atası (Yaşar Nuri) çətin tapılan malların alveri ilə məşğuldur. O, oğlunu dərsə getməkdən yayındırır, əvəzində onu dükanda mal satmağa məcbur eləyir.

Şəmsiylə söhbətində ata təhsilin yox, maddiyatın önəmini vurğulayır.

Digər bir şagirdi isə atası öz restoranında ofisiant kimi çalışdırır.

Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.

Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.

Filmin ssenari müəllifi Asim Cəlilov, operatoru Valeri Kərimov, bəstəkarı Eldar Rüstəmovdur.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film Lahıcda lentə alınıb.

# 1683 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #