Film Komissiyası modeli ilə bağlı tədbir olub

Film Komissiyası modeli ilə bağlı tədbir olub
26 iyul 2017
# 17:33

Nizami Kino Mərkəzində “British Council Azərbaycan”ın təşkilatçılığı ilə Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt layihə haqqında məlum verərək bildirib ki, təmsil etdiyi qurum 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını həyata keçirir:

“Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. Film Komissiyasının yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Azərbaycanda təqdim ediləcək yeni konsepsiyalar arasında Film Komissiyası modelinin yaradılması da olacaq. Azərbaycan Film Komissiyası ilə əlaqədar qısa analitik icmal gələcək illərdə fəaliyyət göstərəcək Film Komissiyasının planlaşdırılması və yaradılması üçün mühüm töhfə olacaq”.

Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşi isə qeyd edib ki, film komissiyasının məqsədlərindən biri ölkəni təbliğ etməkdir: “Film Komissiyaları festivallarda ölkəni təmsil edir, kino infrastrukturu haqqında tam olaraq məlumat yayımını təmin edir. Eyni zamanda xarici film istehsalçıları ilə əlaqə qurur, onları əməkdaşlığa cəlb edir”.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Film Komissiyası modelinin tətbiqinin müsbət tərəfləri haqqında danışıb. Onun sözlərinə görə, komissiyanın yaranmasında əsas məqsədlərindən biri də yerlərdə yaradıcılıq və kino sənayesinin mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaratmaqdır: “Biz artıq bir neçə il əvvəl bu layihəni hazırlayıb Milli Məclisə təqdim etmişik. Eyni zamanda əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan kinoindustriyasının dünya kinoindustrasiyasının tələblərinə cavab verməsidir”.

# 1749 dəfə oxunub

Oxşar xəbərlər

Dostluq, erotika və xəyanət - Sərhədləri aşan macəra necə bitdi?

Dostluq, erotika və xəyanət - Sərhədləri aşan macəra necə bitdi?

16:41 28 noyabr 2025
ARKA:  "Tələbə filmləri ilə bağlı gələn həftə ödənişlər olunacaq"

ARKA: "Tələbə filmləri ilə bağlı gələn həftə ödənişlər olunacaq"

15:21 27 noyabr 2025
"Komandos" filminin ulduzu dünyasını dəyişdi

"Komandos" filminin ulduzu dünyasını dəyişdi

10:40 27 noyabr 2025
Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda

Tanınmış amerikalı ulduz "Exorcist" filmində baş rolda

17:25 26 noyabr 2025
AzTV-də yeni sənədli film – “Birinci Türkoloji Qurultay”

AzTV-də yeni sənədli film – “Birinci Türkoloji Qurultay”

11:00 26 noyabr 2025
Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

Azərbaycanlı ssenaristin filmi Qazaxıstanda nümayiş olundu

13:24 25 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər