Eşşəyin insaniləşməsi, insanın eşşəkləşməsi

Eşşəyin insaniləşməsi, insanın eşşəkləşməsi
15 yanvar 2013
# 15:00

Dəbdəbəli həyat yaşayan A. Bahalı bir restoranda əla nahar və ya şam edir. Maaşı ortabab restoranda yeməyə güclə yetən B. evində bir kasıbyana xörəklə kifayətlənir. A. və B.- ni bu halda bir birindən yalnız sosial statusu fərqləndirir. Yəni hər iki halda məqsəd mədəni doldurmaqdır.

Sosial səviyyələri, fərqli mühitlərdə yaşamaları istisna olmaqla, digər hallarda insanları eyni şeylər birləşdirir: o, doğulur, böyüyür, sevir, ayrılır, doğub - törəyir - dünyanı maddi cisimlərlə doldurur, xəstələnir, öldürür, müharibə törədir, əzab çəkir, yeyib-içir, yediyini ifraz edir. Əgər bir neçə gün təmizliyinə baxmasa üfunət qoxuyacaq, zibil mənbəyinə çevriləcək.

Bəlkə ona görə yazıçıları, rəssamları, rejissorları, heykəltəraşları, filosofları, bəstəkarları sıravi insanın fövqünə, daha fərqli, yüksək səviyyələrə qoyuram. Onlar yeyib-içib, doğub-törəməkdən, ifraz etməkdən savayı həm də əhəmiyyətli bir şey yaradırlar, varlıqlarından heç vaxt xəbərdar olmadıqları başqa insanların həyatına təsir, müdaxilə, hətta bəlkə kimisə xilas da edirlər.

Yerdə qalan kütlə T. Eliot demiş, boş, mənasız insanlardır.

...Sıravi insanın fövqündə olan sənətkarlardan biri fransız Rober Bressondur. Onun “Həyat belədir, Baltazar” dramı dünya kinosunun ən kədərli filmlərindəndir.

Film qədim Roma yazıçısı Apuleyin “Qızıl eşşək” (əvvəlki adı “Metamorfozalar”) romanının motivləri əsasında çəkilib. Romanın gənc qəhrəmanı nəfsi ucbatından eşşəyə çevrilir, müxtəlif xarakterli sahiblərin qapısında işləyir, təhqir olunur.

Dahi Bressonun yozumunda isə hekayət ibrətamiz kontekstdən çıxaraq bəşəri müstəviyə keçir. Bresson hadisəni xristian motivlərinə transformasiya edir. İlk kadrlarda uşaqların əzizlədiyi, Baltazar adlandırdığı eşşəyin xaç suyuna çəkilməsiylə də sonrakı hadisələrin alqoritmi verilir.

Zavallı Baltazar əldən-ələ keçir, işgəncələrə məruz qalır, döyülür, quyruğu yandırılır, sirkdə insanların əyləncə obyekti olur.

Amma Baltazar əzabları, ağrını səssiz-səmirsiz, itaətlə canında daşıyır.

Final filmin ən faciəli anıdır. Qaçaqmalçıların vasitəsinə çevrilən Baltazar gülləyə tuş gəlir, onun bədənindən axan qanın təsviri İsa Məsihin mismarlanmış əllərindən süzülən qanın təsviri ilə eyniləşir.

Həyatdan yorulub əldə düşən Baltazar qoyun sürüsünün əhatəsində sakitcə canını tapşırır.

...“Heyvan” təkcə zooloji məfhum deyil. Müxtəlif dillərdə bu söz eyni zamanda söyüş anlamına gəlir, insan xarakterini təyin edir. Bressonun yozumu sərtdir, onun təhkiyəsində insanla heyvanın statusu dəyişir. O, eşşəyi insaniləşdirir, ən yüksək səviyyəyə qoyur.

Baltazarın ölümündən bu yana insanın davranışı dəyişməyib. Dünyanı balaca bir məkana – internetə sığışdıran, heyrətamiz kəşflər edən insanın insan olmağa gücü yetmir. Yazını redaktə edərkən xəbərlər proqramında Kioto protokolu haqda məlumat verilirdi.

1997-ci ildə Kiotoda imzalanmış beynəlxalq razılaşmaya əsasən ölkələr ətraf mühiti qorumaq, qlobal istiləşmənin qarşısını almaq məqsədilə istixana qazlarını azaltmalıdır. Üstündən illər ötsə də, nəhəng dövlətlər tamahkarlıqları üzündən protokolu ratifikasiya etməyib...

# 3552 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #