“Kitabi-Dədə Qorqud”un 6 boyu Koreya dilinə tərcümə edilib

“Kitabi-Dədə Qorqud”un 6 boyu Koreya dilinə tərcümə edilib
14 noyabr 2025
# 13:38

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrdən, bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıq layihələrindən danışıb: " Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsinin nəşr olunması Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığının növbəti nümunəsi olmaqla yanaşı, eyni zamanda, Koreya ictimaiyyətinin Azərbaycanın milli-mədəni irsi barədə daha dərindən məlumatlanması baxımından əhəmiyyətli töhfədir. Belə ki, koreyalı oxucular “Kitabi-Dədə Qorqud” dastanını ana dillərində oxumaqla dost Azərbaycan xalqı barədə daha çox maariflənmək imkanı əldə edirlər". Diplomat çap olunmuş kitabın 1000 nüsxəsinin Koreyanın müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan-Cənubi Koreya əlaqələrinin irəli aparılmasında bu ölkədə yaşayan Azərbaycan diasporunun rolundan bəhs edib.

Professor Banq Min Ho “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının qədim tarixi, zəngin milli-mədəni irsi, adət-ənənələri barədə kifayət qədər dolğun məlumat verən mükəmməl folklor nümunəsi olduğunu qeyd edib.

Tərcümənin koreyalı həmmüəllifi, yazıçı Li Sucin azərbaycanlı tərcüməçi Leyla Məsimli ilə uzunmüddətli əməkdaşlığı, hazırkı tərcümə işinin ideyasının yaranması, onun məqsədi, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəni böyük səylə dəstəkləməsi, tərcümə üçün boyların seçimi zamanı diqqət edilən nüanslar barədə ətraflı məlumat verib.

O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını Koreyanın xalq ədəbiyyatı ilə müqayisədə təhlil edərək, dastanın ayrı-ayrı boyları ilə Koreyanın müxtəlif folklor nümunələrindəki oxşarlıqları diqqətə çatdırıb və bunu iki xalqın mədəni yaxınlığının sübutu adlandırıb.

# 1003 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğunun pianoçu nəticəsi:  "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

Səməd Vurğunun pianoçu nəticəsi: "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

11:09 9 iyul 2026
Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

11:04 9 iyul 2026
Xəstəxanaya yerləşdirilən Murakamidən səhhəti ilə bağlı açıqlama

Xəstəxanaya yerləşdirilən Murakamidən səhhəti ilə bağlı açıqlama

10:40 9 iyul 2026
Gənc yaşda vəfat edən aktrisanın ölüm səbəbi açıqlandı

Gənc yaşda vəfat edən aktrisanın ölüm səbəbi açıqlandı

10:06 9 iyul 2026
Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair

18:37 8 iyul 2026
Şuşadakı abidələrin korlanması qadağan edildi

Şuşadakı abidələrin korlanması qadağan edildi

15:57 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər