İspaniya festivalında Azərbaycan "Nəfəs"i

İspaniya festivalında Azərbaycan "Nəfəs"i
13 oktyabr 2017
# 11:25

“Nəfəs” adlı qısametrajlı Azərbaycan filmi İspaniyada film festivalında nümayiş olunacaq.

Bu barədə Kulis.az-a filmin rejissoru Elnur Rzayev açıqlama verib.

“Ramiz Rövşənin “Nəfəs” şeirlər kitabı əsasında sənədli film 2017-ci il aprel ayında çəkilib. İlk dəfə Azərbaycan II Booktrailer festivalında yayımlanıb və birinci yerə çıxıb. Film 3 dəqiqə 27 saniyədən ibarətdir.

Filmin rejissorları Elnur Rzayev və Əli Mahmudludur. İlk qalibiyyətdən sonra “Nəfəs” filmi İspaniyanın Barselona şəhərində keçirilən FİCMA film festivalına göndərilib. FİCMA bu il 24-cü dəfə keçiriləcək və noyabrın 2-dən 10-a kimi davam edəcək.

Qeyd edək ki, FİCMA ( Festival İnternational de Cine del Medio Ambiente - Beynəlxalq Ekoloji Film Festivalı) festivalı 1993-cü ildən İspaniyanın Barselona şəhərində keçirilir Bu il festivala ümumilikdə 2500-dən çox film göndərilib və bunların arasından 127 film seçilərək fərqli kateqoriyalar üzrə finalçı olub.

“Nəfəs” müsabiqədənkənar “FOCUS - Global view (beynəlxalq gerçəklik)” bölməsində nümayiş olunacaq.

# 1839 dəfə oxunub

Oxşar xəbərlər

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

11:00 17 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:00 16 may 2025
ARKA bu suala cavab verməlidir:  56 min manat kimlərə və necə paylanıb?

ARKA bu suala cavab verməlidir: 56 min manat kimlərə və necə paylanıb?

18:40 15 may 2025
"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

15:49 15 may 2025
Ən yaxşı animasiya filmi - "Axın" nümayiş olunacaq

Ən yaxşı animasiya filmi - "Axın" nümayiş olunacaq

14:00 15 may 2025
Kannda ilk film nümayiş olunub

Kannda ilk film nümayiş olunub

15:24 14 may 2025
# # #