Bu ördək Bill Qeyts qədər varlıdır

Bu ördək Bill Qeyts qədər varlıdır
10 avqust 2013
# 07:45

“Forbes” jurnalı 2013-cü ilin ən varlı bədii əsər qəhrəmanlarının siyahısını təqdim edib. Siyahıda ilk yerdə Disneyin məşhur dayısı Skruc dayanır. Rusiyanın “Arqumentı i faktı ” qəzeti isə öz növbəsində Skruc dayı ilə rəqabətə girə biləcək cizgi filmi qəhrəmanlarının siyahısını tərtib edib. Külis. Az siyahını təqdim edir.

Skruc Makdak. “Ördək əhvalatları”

“Forbes” jurnalının hesablamalarına görə Billi, Villi və Dilli adlı ördəklərin dayısı xəsis Skrucun varidatı 65.4 milyard dollardan az deyil. Skruc dayının öz pulları içində üzməkdən əlavə də hobbisi vardı. O özünün başlıca rəqibi Flinthart Qlomqoldla maliyyə rəqabətinə girməyi xoşlayır. Qəribədir, ikinci ördəyin varidatı heç bir reytinqdə siyahıya düşməsə də onun var-dövləti Skurcunkundan geri qalmır. Bəzi seriyalarda onun varidatı Makdakların varidatından 1 dollar, bəzən isə hətta cəmi 1 sent geri qalır.

Dənizlər hökmdarı Triton. “Su pəriciyi”

Heç cür ipə-sapa yatmayan, hər seriyada başına müxtəlif hadisələr gələn gözəlçə Su pərisinin qayğıkeç atası həqiqətən də ağlagəlməz varidata sahibdir. Axı qüdrətli hökmdar təkcə dəniz sərvətlərinə deyil, həm də batmış gəmilərin dəfinələrinə də sahibdir. Hökmdar Triton dəbdəbəli sarayda yaşayır. Onun üçtiyəli sehirli əsası belə qızıldandı. Su pəriciyi isə digər bacılarından fərqli olaraq ləl-cavahirat aludəçisi deyil, onun təbii gözəlliyi bəzək-düzəksiz də hər kəsi valeh edir.

Piylipişik. “Çip və Deyl yardıma tələsirlər”

Cinayətkar dəstəyə rəhbərlik edən Piylipişik kriminal avtoritetdir. Üstəlik gizli kazinoya sahibdir. O varidatını artırmaq məqsədi ilə tez-tez cinayətkar üsullara əl atsa da, Çip, Deyl və dostlarından ibarət komanda həmişə onun planlarını pozur. Piylipişik bahalı kostyumlar geyir, boynuna qızıldan boyunbağı, barmaqlarına isə briliyant qaşlı üzüklər taxır. Piylipişiyin qəribə xasiyyəti var, o kağız pulları sevmir, daha çox qiymətli ləl-cəvahiratları, daş-qaş xoşlayır.

Kruella de Vill. “101 dalmatin köpəyi”

Moda aludəçisi olan milyarder xanımın heyvanları görən gözü yoxdu. O, əsl kürk xəstəsidi. Onun bircə istəyi var, dalmatin küçüklərinin dərisindən özünə kürk düzəltsin. Kruellanın daha da varlanması üçün isə anasının ölməsi lazımdır.

Raja. “Qızıl antilop”

Varlı hind hökmdarı olduqca xəsisdir. Dövlətin işini başlı-başına buraxıb. Onun bircə arzusu var. Dırnaqlarını yerə vuranda qızıl pullar səpələnən Qızıl antilopu ovlamaq. Raja o qədər tamahkardır ki, Antilop “Nə qədər qızıl istəyirsən?” deyəndə də bilmir nə qədər desin. Nəhayət, Antilop ayaqlarını o qədər yerə döyür ki, Raja qızıldan yaranmış dağın içində boğulub ölür.

Skuperfild. “Neznayka Ayda”

Aydakı şəhərlərdən birində yaşayan bəstəboy Skuperfild makaron fabrikinin sahibidir. Çoxlu var-dövləti olan Skuperfild Kapitalislərin Ali Şurasının üzvüdür. O Neznayka ilə Ponçik Aya gələndən sonra digər milyonerlərlə dalaşaraq bütün sərmayəsini “Nəhəng Bitkilər Cəmiyyəti”nə yatırır. Skuperfild iflas olsa da ac qalmır, Yerdən gəlmiş bəstəboy dostları varlıların hakimiyyətini devirir. Bundan sonra Ayda hər şey havayı olur, daha varlanmağa da ehtiyac qalmır.

Xanım Belladonna. “Çoşqa Funtikin macəraları”

Yaşlı qadın Belladonna “Uşağın göz yaşları” mağazasının sahibidir. O, uşaqlara keyfiyyətsiz şar satmaqla yanaşı Funtik adlı balaca çoşqa vasitəsilə də onları aldadır. Funtik bu amansız istimara dözməyib qaçanda isə Belladonna onun axtarışına çıxır. Belladonna bütün var-dövlətini isə həmişə özü ilə gəzdirdiyi ridikülündə (qadın əl çantası) daşıyır.

# 4662 dəfə oxunub

Oxşar xəbərlər

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

16:50 3 avqust 2026
Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

10:46 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər