Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən həyat yoldaşı – Lətif Səfərovdan 10 maraqlı fakt

Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən  həyat yoldaşı – Lətif Səfərovdan 10 maraqlı fakt
9 dekabr 2021
# 21:00

Bu gün mərhum rejissor Lətif Səfərovun anım günüdür. Kulis.az bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir.

1. Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşı olanda rejissor Leo Murun "Gilan qızı" filminə çəkilib. Sonralar "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevin tələbəsi olub.

***

2. Balaca Lətif rejissor Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürülür. O, günün birinci yarısını internat məktəbdə oxuyur, dərslərini qurtaran kimi işə gedir. Studiyada çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə yanaşır. O, heç gözləmədiyi halda ulduz həyatı yaşayır.

Gallery

3. Lətif Səfərov iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı tələbə yoldaşı Faina Nikolayevna adlı rus qadın olur. Bu evlilikdən rejissorun iki övladı olur. Lakin, bir müddət sonra Faina onu tərk edərək uşaqlarını da götürüb Moskvaya gedir. 1955-ci ildə Lətif Səfərov “Bəxtiyar” filminin çəkilişləri zamanı Bəxtiyarın mahnılarını səsləndirən məşhur xanəndə Şövkət Ələkbərova ilə tanış olub ailə qurur. Onların bu evliliklərindən Bəşir adlı övladı olub.

***

4. Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkib. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna, həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

Gallery

5. Bəstəkar Tofiq Quliyevlə çox yaxın dost olublar. “Bəxtiyar”, “Qızmar günəş altında” kimi filmlərdə birgə işləyiblər. Rejissorun yaxın dostlarından biri də Rəsul Rza olub: “Lətifi mən çox sevərdim. Sənin ölməyə haqqın olmadığı kimi mənim də haqqım var deyim ki, çəkilməmiş filmləri, tapılmamış mizanları kimə tapşırıb getdin? Bir damcı göz yaşı, bir təbəssüm, bir gülüş, bir insan sevincinə səbəb olacaq kadrları hara apardın?!”

***

6. Rejissor “Koroğlu” filmi üzərində işləyərkən də böyük əziyyətə qatlaşmalı olub. Texnika sarıdan çətinliklər, studiyanın imkanları məhdud olması bunun səbəblərindən idi. Ancaq bu çətinliklərə baxmayaraq, Lətif Səfərov işləyir. Çoxlarını da özündən narazı salır, çünki ətrafındakılara bu cür tələbkarlıq lazım deyildi... 1963-cü ildə onu Kino İttifaqından uzaqlaşdırırlar. Onun yerinə isə Həsən Seyidbəyli təyin olunur.

7. 1963-cü il 9 dekabr gecəsi 43 yaşlı məşhur kinorejissor Lətif Səfərov ov tüfəngi ilə intihar edir. Onun intiharının səbəbləri hələ də sirr olaraq qalır. Bu intihar şübhəsiz ki, böyük söz-söhbətlərə səbəb olur.

***

8. Onun ölümünə Şövkət Ələkbərovanın səbəb olduğunu desələr də, ailəni yaxından tanıyan adamlar bu şayiələri qətiyyətlə təkzib ediblər. Şövkət xanımın tələbəsi, müğənni Aybəniz Haşımova müsahibələrinin birində deyir: Lətif Səfərova sənət dostları xəyanət ediblər. Öz əziyyəti ilə qurduğu birlikdən uzaqlaşdırıblar. Onun adından Moskvaya məktub yazıblar. Bunu həm də ən yaxın rejissor dostları edib. Təsəvvür edin, ssenari yazılıb, hər şey hazırdır, son məqamda deyirlər ki, bu filmi başqası çəkəcək. Necə olar adam? Bir sənətkar üçün, özü də aşırı həssas insan üçün çox çətindir. O, bu barədə məktub da yazıb. İntihardan əvvəl. Səbəbini də yazıb. Bir dostların xəyanəti, bir də xəstəlik. İntiharına görə isə məktub yazaraq Şövkət xanımdan üzr istəyib. Məni bağışla yazıb.

Gallery

9. Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırıb, həmin gün sübhdən Şövkət xanıma deyib ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: “Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...”

***

10. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir.

# 18839 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #