Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir
19 yanvar 2026
# 14:20

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir.

Kulis.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir.

Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir.

Milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.

Qeyd edək ki, qanuna əsasən, filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı və ya qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda, filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda, film Azərbaycan dilində çəkildikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında nəzərdə tutulmuş ümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə və film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda film milli film hesab edilir.

Beləliklə, bu tələblər təmin olunursa, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri film milli film hesab olunacaq.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
Cem Yılmazın yeni serialından ilk fotolar

Cem Yılmazın yeni serialından ilk fotolar

12:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər