Məşhur komediya ustası Peker Açıkalın xəstəxanaya yerləşdirildi

Peker Açıkalın, aktyor

Peker Açıkalın, aktyor

28 aprel 2025
# 18:37

Türkiyənin sevilən komediya aktyoru Peker Açıkalın, sosial mediada etdiyi paylaşım ilə pərəstişkarlarını narahat etdi.

"Kulis" Lent.az-a istinadən xəbər verir ki, "Ekmek Teknesi", "Avrupa Yakası" və "Yahşi Cazibe" kimi məşhur seriallardakı rolları ilə tanınan Açıkalın, xəstəxanadan yayımladığı görüntü ilə sağlamlıq problemləri yaşadığını bildirib.

Yeni imic və sağlamlıq problemləri

Son olaraq "Türkler Çıldırmış Olmalı 2: Mavi Vatan" filmində rol alan aktyor, saçlarını tamamilə qırxdıraraq yeni görünüşü ilə diqqət çəkmişdi. Lakin bu dəfə xəstəxanadan etdiyi paylaşım ilə gündəmə gəldi. Bir müddətdir sağlamlıq problemləri ilə mübarizə apardığını bildirən Açıkalın, pərəstişkarlarını narahat etdi.

Sosial mediada paylaşım

Sosial media hesabından yayımladığı görüntüdə aktyor, "Dünən axşam damarları tapa bilmədilər. Necə tapa bilmədilər, mən də bilmirəm" ifadələrini işlətdi. Paylaşımına isə "Həyatı ciddiyə almaq lazımdır" qeydini əlavə etdi.

Pərəstişkarların reaksiyası

Açıkalının bu paylaşımı sosial mediada geniş əks-sədaya səbəb olub. Pərəstişkarları və izləyiciləri aktyora keçmiş olsun mesajları göndərərək, tezliklə sağalmasını arzulayıblar.

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü

11:20 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər