"Kinematoqrafiya haqqında” Qanun dəyişir

"Kinematoqrafiya haqqında”  Qanun dəyişir
10 fevral 2026
# 15:05

"Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Kulis.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləməni müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, anlayışları dəqiqləşdirmək, dövlət dəstəyinin institusional mexanizmlərini genişləndirmək və kino industriyası üçün investisiya cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Sənəd layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Belə ki, layihə ilə Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir.

Layihədə, həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib. Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda, Qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.

Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi Qanunda əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Beləliklə, layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək. Bu beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.

# 479 dəfə oxunub

Oxşar xəbərlər

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

10:26 12 mart 2026
Gəncədə kino günləri başladı

Gəncədə kino günləri başladı

17:50 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər