İkonik rollardan imtina etdilər, ulduz oldular

İkonik rollardan imtina etdilər, ulduz oldular
8 iyul 2024
# 16:37

Etdiyimiz bəzi seçimlər həyatımızı tamamilə dəyişdirə bilər! Hollivud dünyasının məşhur adlarının da etdikləri məntiqli seçimlər sayəsində karyeralarını xilas etdiklərini deyə bilərik. Bu aktyorların rədd etdikləri rollar ikonik olsa da, seçimlərinin karyeralarına müsbət təsir etdiyini görmək mümkündür.

Kulis.az bu qəbildən olan sənətçiləri oxuculara təqdim edir.


Margot Robbie - Qabıqdakı Kabus

Robbi “İntihar Qrupu”nda Harley Quinn rolunu oynamağı seçdiyi halda, “Qabıqdakı Kabus” filmi baş rolda qeyri-Asiyalı aktrisanın (Scarlett Johansson) oynadığı üçün tənqidlərə səbəb oldu.


Timothe Chalamet - Hörümçək adam: Evə qayıdış

2022-ci ildə “Dune” ulduzu Leonardo Di Kaprionun ona iki məsləhət verdiyini açıqladı: "Narkotik və super qəhrəman filmlərinə yox".

Komiks filmlərinin buxovlarından uğurla qurtulan aktyor müxtəlif janrlı prodakşnlarda rol almağa davam etdi və Di Kaprionun varisi kimi yerini möhkəmləndirdi.

Joaquin Phoenix - Doktor Strange

Doktor Strenc filmini Benedikt Kamberbetçsiz təsəvvür etmək olarmı? Marvelin bu rol üçün Phoenix'i istədiyi və studiya ilə Phoenix komandası arasında geniş müzakirələrin aparıldığı, lakin naməlum səbəblərdən hər iki tərəfin razılığa gələ bilmədiyi bildirildi.

Zendaya - Alita: Döyüş Mələyi

Rodrigezin elmi-fantastik filmi “Alita: Döyüş mələyi”ndə baş rol üçün ilk seçim Zendaya olub, lakin aktrisa bu rolu seçməyib və Alita obrazını canlandırmaq üçün Roza Salazarla razılıq əldə olunub. Film kassada böyük uğur qazansa da, bu rolun Zendayanın karyerasına müsbət təsir edib-etməyəcəyi bəlli deyildi.


Bredli Kuper - Yaşıl fənər

Rayan Reynoldsun karyerasını demək olar ki, məhv edən super qəhrəman filmi olan “Yaşıl fənər”in yoxlanışına qatılan aktyor bu rolu ala bilməyib. Reynoldsun baş rolda oynadığı film ən pis super qəhrəman filmlərindən birinə çevrilib.

Anne Hathaway - Pişiklər

Enn Hathaway 2013-cü ildə Tom Huperin "Səfillər" filminə görə Oskar qazandı. Filmdə rol almağa hazırlaşan aktyor son anda layihədən geri çəkilib. Bir çox məşhur adın yer aldığı “Pişiklər” kassada uğursuz oldu.
Charlize Theron - Şou qızları

Rejissor Paul Verhoeven Theron haqqında deyib: "O, gözəl insan idi və rolu istəyirdi, lakin o zaman o, həqiqətən də tanınmırdı və rola uyğun gəlmirdi, ona görə də yox dedik". Rolu canlandıran Elizabet Berkli onun ifası ilə bağlı o qədər də müsbət rəy almayıb.


Rachel McAdams - Fantastik Dördlük

2004-cü ilin əvvəlində bildirildi ki, McAdams “Fantastik Dördlük”də Görünməz Qadın roluna çəkilməyə yaxın idi və bu rol üçün həm Elizabeth Banks, həm də Jessica Alba ilə rəqabət aparırdı. Bununla belə, “Mean Girl” filmində çəkildikdən sonra aktrisa Hollivudun ən böyük adlarından birinə çevrilib.

Saoirse Ronan - Fantastik Dördlük

Bruklin, Ledi Bird və Kiçik Qadınlar kimi prodüserlərdə rol alan aktrisa bu rolu itirib və rol Keyt Mara keçib. Bu rolunu itirən aktyor bir çox müxtəlif janrlarda filmlər çəkib və ifaları ilə təriflər alıb.

Metyu Makkonahi - Sürət 2

Keanu Rivz "Speed" filminin davamını rədd edəndə bütün gözlər Hollivudda gənc aktyorların üzərində idi. Rolu əldən verdikdən sonra ulduz daha sonra 1996-cı ildə "Öldürmə vaxtı" filmində rol aldı, Codi Fosterin məşhur elmi-fantastik filmi "Əlaqə"də daha kiçik rol almağa qərar verdi.

“Sürət 2” gözləntilərdən xeyli aşağı idi

# 1698 dəfə oxunub

Oxşar xəbərlər

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

18:00 9 aprel 2026
Autizmə həsr olunan filmin premyerası keçiriləcək

Autizmə həsr olunan filmin premyerası keçiriləcək

13:00 8 aprel 2026
İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

13:18 7 aprel 2026
Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

10:00 7 aprel 2026
"Analıq hissini yüksək sənətə daşıya bilmək..."  - Bahəddin Həzi

"Analıq hissini yüksək sənətə daşıya bilmək..." - Bahəddin Həzi

13:00 6 aprel 2026
“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

10:40 4 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər