Bu oyunu uduzanlar öldürülür: “Squid Game”də hamının axtardığı sualın cavabı

"Squid Game" - Netflix serialı

"Squid Game" - Netflix serialı

21 oktyabr 2021
# 15:40

Kulis.az Ayxan Ayvazın “Squid Game”dəki əsl həqiqət” yazısını təqdim edir.

Hamımız bir oyunun içərisindəyik.

Həyat adlı oyunun.

Şairin dediyi kimi, bu oyunu yaxşı oynamalıyıq.

Yaxşı oynamalıyıq ki, yaşaya bilək.

Ölməyək!

Bu günlərdə “Netflix”də yayımlanan və həmin platformanın tarixində ən çox baxış toplayan, gəlir gətirən “Squid Game” serialı dildən-dilə, ağızdan-ağıza gəzdi, hər yerə yayıldı, tez-tez müzakirə edilən mövzuya çevrildi.

1. Yönetmen Hwang Dong-hyuk senaryoyu ilk 2008 yılında kaleme almış ve 2009 yılında tamamlamış.

O serialın bu qədər sevilmə səbəbi nədir?

Həyatımızın oyun olduğunu göstərdiyi və yaşadığımız neoliberal, kapitalist dünyanı sərt şəkildə, metaforik dillə tənqid etdiyi üçün.

Serial bizim içində yaşadığımız və distopik neoliberal dünyanın kiçik bir modelidir. Neoliberal kapitalizm fərdlə şirkət arasında daim bir “borc” anlayışı yaradır və biz o borcu ödəməklə həyatımıza davam edirik. Elə bir sistem mövcud olub ki, borcsuz yaşamaq, sadəcə və sadəcə mümkünsüzdür.

3. Dizinin senaryosu 2009 yılında tamamlansa da oyuncular ve yatırımcılar projeye soğuk baktığı için dizinin hayata geçmesi 2019 yılını bulmuş.

“Qonşudan dala qalma” prinsipi neoliberal kapitalizmi bəlkə də yaxşıca izah edir. Neoliberal kapitalizmin çörəyi borc almadan çıxır. Borc varsa, həyat var. Borc yoxdursa, ölüm var. Yaxud daha dəqiq desək, borcunu ödəyə bilməyəcəksənsə, öləcəksən, ödəyəcəksənsə, yaşayacaqsan. Borcsuz da yaşamaq mümkünsüzdü. Əslində çox qarışıq görünən bu sistem çox sadədir. Öz ətrafımıza, yaşadığımız yerə baxsaq, hər şeyi aydın görərik. Kreditlər, ipotekalar, insanları daim yeni bir məhsulla şirnikləndirmək – borclandırmaq və nəhayət, hamını eyni şərtlərə uyğunlaşdırmaq.

Neoliberal kapitalizm sisteminin ən əsas özəlliyindən biri isə “başı aşağı” bir fərd yaratmaqdır. “Başı aşağı” fərd həyatını bu sistemə uyğun qurur: borc alır, riskə girir, daim qazanmaq istəyir. Bu sistemdə qazanan tərəf hər şeyi qamarlayır. Qazanmayan, uduzan isə hər şeyini itirir – bir növ ölür. Ölmək – yəni uduzmaq istəmirsənsə, ya aşağı gəlirlə, birtəhər, itələ-itələyə ömrünü qabağa aparmalısan, ya da borc alıb ödəməklə, itaət etməklə o birilərinə bənzəyərək yaşamalısan.

4. Dizideki ikonik yeşil eşofman takımları ise yönetmen lisedeyken okullarda yaygın olarak kullanılan spor üniformalarıymış.

Ya bu, ya da o!

Ortası yoxdur!

“Squid Game” metaforik dillə əslində bizə bu sistemin üzünü göstərir. Cənubi Koreyanın orta-statistik, anası ilə yaşayan, boşanmış və borclu bir gənci. O, anasının pensiya kartını gizlicə oğurlayıb ordan pul qopardan və o pulu da qumara xərcləyən biridir. Qızı ilə münasibətləri qaydasında deyil, ata kimi özünü təsdiq edə bilmir.

Günlərin birində, pula ehtiyacı olduğu bir zamanda qarşısına lüks geyimdə bir adam çıxır və ona oyun oynamaq təklifi verir. Oyun da nə olsa yaxşıdır? Qırmızı və göy rəngli kartonlardan birini seçirsən, sonra o seçdiyin kartonu digəri ilə vuraraq çevirməlisən. Filmin baş qəhrəmanı hər dəfə uduzur və əvəzində lüks geyimli adamdan şillə yeyir. Sonda isə qazanır. Və yaxşıca pul əldə edir.

8. Çoğu yapımda kalabalık sahnelerde kamera hileleri veya efektlerin kullanıldığını bilirsiniz. Ancak Squid Game'in ilk oyununda gerçekten 456 kişi kullanılmış.

Bu nədir? İşə qəbul olunmaq. Müsahibə anı. Səni yoxlayırlar – istədikləri kimisənsə, problemli biri deyilsənsə, səni işə dəvət edirlər. Metrodakı o lüks adamın dediyini yadımıza salaq: “Siz bir az əvvəl pula görə şəxsi haqlarınızdan əl çəkdiniz” – yəni artıq “başı aşağı” kateqoriyasına uyğunsunuz.

Növbədə isə əsas oyunlar var – sağ qalmaq oyunu. Ya sağ qalmalısan, ya da ölməlisən. Çünki bu oyunlarda uduzanı vurub öldürürlər. Ya da uduzan yüksək bir yerdən aşağı düşüb tikə-tikə olur.

Yəni ya səni işdən çıxardırlar, ya da olduğun yerdən də aşağı bir pilləyə düşürsən.

İlk oyunun adı belədir: “Qırmızı işıq, yaşıl işıq”.

12. Kırmızı ışık yeşil ışık oyunundaki dev oyuncak bebek ise gerçek. Kendisi Incheon kentinde bir müzede sergileniyor ama bir kolu eksik.

Bu oyun uyğunlaşmanı göstərir.

Yəni girdiyiniz mühitə adaptasiya olunmaq.

Yəni girdiyin şirkətə uyğun davranmalısan, artıq-əskik danışmamalı, qaydaları pozmamalısan. Əslində hər şey çox sadədir: “dayan” deyiləndə dayanacaqsan (Qırmızı işıq), “irəli” deyəndə yeriyəcəksən (Yaşıl işıq).

İkinci oyun nədir? Əridilmiş və sonra qurudulub qablara qoyulan qənddən öz seçdiyin müxtəlif fiquru çıxarmaq. Filmin baş qəhrəmanı, yəni “456” bilmədən ən çətinini seçir: çətir. Və axırda dahiyanə bir yol tapır: qəndi yalamaq! Bu şəkildə həyatda qalır. Yəqin, serialın ən ağır metaforası idi. İrəli getmək və yüksək pillələrdə qərar tutmaq üçün yaltaqlıq etmək şərtdir.

11. Zaten ilk oyunun sonunda da dedektörün kendisini kayırdığını görebiliyorsunuz.

Üçüncü oyun ip çəkmədir. Kim daha güclüdürsə, kimin qrupu daha çevikdirsə, qalib o olacaq. Gücdən əlavə, zəka, qıvraqlıq və biclik burda xüsusi rol oynayır. Burda elə də dastan açmağa gərək yoxdur. Məncə, hər kəs nəyin nə olduğunu anlayır. Xahiş edirəm, anlayanlar anlamayanlara da başa salsın və biz də keçək növbəti abzasımıza.

13. Büyük ödül 46 milyar won yaklaşık 39 milyon dolar, yani 346 milyon Türk Lirası'na denk geliyor.

Dördüncü oyun şarik oyunudur. Serialın bəlkə də ən hüznlü və məhvedici bölümü. Hər kəs özünə ən yaxın olanı seçir və qrup-qrup yarışacağını zənn edir. Ancaq oyun qaydası birə-bir mübarizədir. Ona görə də qarşısındakı kim olur-olsun, ya onu satmalısan, ya aldatmalısan. İrəli getmək, sağ qalmaq üçün qarşındakının saflığından, avamlığından istifadə etməlisən.

Növbəti oyun şüşələr üzərində hərəkətdir – şüşələrin biri sağlamdır, biri isə ayaq dəyən kimi çilik-çilik olur. Kənardan ayırd eləmək mümkünsüzdür. Nə etməlisən? Riskə girməlisən. Ya da səndən əvvəl gedənlərin yıxılmağını, ölməyini vecinə almadan onların getdikləri yolu təqib eləməlisən. Riskə getməyən yoxdursa, yaşamaq şansın azalacaq. Ona görə də riskə girib qarşındakını itələməli və növbəti şüşənin qırılıb-qırılmayacağını yoxlamalısan.

16. Gi-Hun'un numarası 456 ise bazı kültürlerde dürüstlüğü ve bütünlüğü temsil ediyor.

Sonuncu oyun ən dəhşətlisidir. Bu oyunda ölənə qədər vuruşmalısan. Koreyada müharibə vaxtı oynanılan bu uşaq oyununun adı “Kalamar”dır. Oyunun şəkli kalamar adlı dəniz canlısına oxşadığı üçün bu cür adlandırılıb. Ölüm-qalım savaşında kim udacaqsa, vəd olunan pulu alacaq, borclarını ödəyəcək və yaşayacaq. O biri isə... öləcək...

Serialın sonunda hər şey aydınlığa qovuşsa da suallar, sirli məqamlar yarandı. Yəqin, növbəti sezonda bu sualların cavablarını görəcəyik.

Sonuncu səhnəni xatırlayırsınız?

Yaşlı kişi qışın günündə, küçədə sərxoş yatan adamı göstərir və “456” ilə mərcə girir: ona kömək edəcəklərmi?

Və nəhayət, o sərxoşa kömək əli uzadılır.

Dünya güvənilir yer deyilmi daha?

Bizi bir oyunun içinə salıblar və istədikləri kimi oynadırlarmı?

Mən də, bu yazını oxuyan sən də nə qədər məsumuq?

Dünyanı elə bir yerə çeviriblər ki, bircə bunu demək gəlir içimdən:

“Dünya duracaq yer deyil, ey can, səfər eylə!”

# 8587 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #