Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb

Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
24 fevral 2025
# 09:25

75-ci Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, festivalın əsas mükafatı olan "Qızıl Ayı"nı norveçli rejissor Dag Johan Haugerudun "Dreams" (Xəyallar) filmi qazanıb.

"Gümüş Ayı" Böyük Jüri mükafatı isə braziliyalı rejissor Gabriel Mascaronun "The Blue Trail" (Mavi cığır) filminə verilib.

"Ən yaxşı rejissor" nominasiyası üzrə qalib Huo Meng ("Living The land" (Torpaqda yaşamaq) filmi ilə), "Ən yaxşı ssenari" nominasiyası üzrə Radu Jude ("Kontinental'25" filmi ilə), "Ən yaxşı sənədli film" nominasiyası üzrə Brandon Kramer ("Holding Liat" (Liatı tutmaq) filmi ilə) qalib olub.

Qeyd edək ki, Fevralın 13-də başlamış festivalda “Qızıl Ayı” mükafatı uğrunda 19 film yarışıb.

Məlumat üçün bildirək ki, "Ən yaxşı sənədli film" nominasiya üzrə qalib seçilən "Holding Liat" 2025-ci ildə ABŞ-da rejissor Brandon Kramer tərəfindən çəkilmiş sənədli filmdir və HƏMAS-ın İsrailə hücumu zamanı Liatın əri ilə birlikdə qaçırılmasından bəhs edir.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər