Belə kino olmur!

Belə kino olmur!
25 iyul 2024
# 11:00

Kulis.az Xəyal Rzanın "Maya" filmi haqqında kinoşünas Sevda Sultanovanın fikirlərini təqdim edir.

Şair, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzanın “Maya” “sənədli filmi” film deyil. Ümumiyyətlə, film deyil, burda kinodan əsər-əlamət yoxdur. Qəhrəman Ağdamdan qaçqın düşmüş, dramatik bir həyat yaşamış Maya adlı, gözləri ağrı və kədərlə dolu, əsl kino qəhrəmanı olacaq bir qadındır. Xəyal Rza bu cür kinematoqrafik materialı zay edib. Belə bir təsirli hekayəyə vizual yanaşma tapa bilmədiyindən, qadını otuzdurub kamera qabağında, televiziya estetikasında müsahibə götürüb, arada bir fotolardan və sənədli kadrlardan istifadə edib. Adını da qoyub ki, “film” çəkmişəm.

Belə sənədli kino olmur e, olmur. Film statik kadrla, Mayanın “Müharibə, hər şeyin səbəkarı müharibədir” bəyanatı ilə başlayır. Müəllif ilk kadrdan niyyətini (hətta o sənədli filmdirsə belə) açıq mətnlə dərhal bəlli etməməlidir. Bu, reportaj, veriliş deyil, kinodur. Və “film” Mayanın hekayəsidirsə, Azərbaycan dilində nə danışdığı bəlli olmayan, hekayəyə məzmunca yeni rəng, kontekst gətirməyən ərin mənasız müsahibələrinə ehtiyac yoxuydu. Bəzən belə təsəvvür yaranırdı ki, “film” onun əriylə olan hekayəsidir, belədə fokus Mayadan yayınıb, dağınıqlıq əmələ gətirib. Həm də, rejissor hər şeyi açıq göstərməməlidir. Bu, üslub və dramaturji baxımdan yanlışdır. Xəyal müəllim baş sındırıb, gərgin emosiyalarla və dramatizmlə dolu hekayəyə təsvir həlləri, planlar, rakurslar tapmalıydı. Maya kimi maraqlı, kinematoqrafik qəhrəman haqda keyfiyyətsiz, üslubsuz, formasız “film” çəkmək günahdır. Hər epizodda səslənən musiqilər kompozisiyası olmayan kadrları daha da bəsitləşdirirdi. Ümumiyyətlə, rejissorun epziodları musiqidə boğması həm də estetik zövqün olmamasıdır, kinonu bir sənət kimi duymamasıdır.

Sonra... “Film”in ilk 15 dəqiqəsi, yuxarıda dediyim kimi, televiziya estetikasında gedir və sonrakı 15 dəqiqədə qadının Xoşqədəmin verilişi üslubunda məişət təsvirləri gəlir. “Filmin”, ümumiyyətlə, vahid üslubu, xətti yoxdur. Bəsit vizual informasiyalar heç nəyə yaramır, nəsə demir. Quraşdırma səhnəni də elə bil telefona çəkiblər. Xəyal müəllim İncəsənət Universitetində təhsil alır. Mən onun zəhmətini, özünü yeni sahələrdə sınamaq cəhdini dəyərləndirirəm. Amma əminliklə deyirəm ki, Xəyal müəllimin kino duyumu, kino zövqü yoxdur və o, rejissor olmasa, kinomuz nəsə itirməyəcək ki, qazanacaq./

"Kinoyazar"

Filmi izləmək üçün keçid

# 4561 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
#
#
# # #