Bacısının sevgilisini öldürən qardaş - Namus alın yazısıdır?

Bacısının sevgilisini öldürən qardaş - Namus alın yazısıdır?
14 avqust 2024
# 21:00

Bu gün görkəmli italyan rejissor Lina Vertmüllerin doğum günüdür.

Kulis.az "Günün filmi" layihəsindən Ülvi Bahadırın onun "Pasqualino: Yeddi gözəl" filmi haqqında yazısını təqdim edir.

Lina Vertmüller keçən əsrin ən böyük qadın rejissorlarından biridir. Fellininin məşhur "8½" filmində assistentlik etdikdən sonra filmlər çəkməyə başlayıb.

“Pasqualino: Yeddi gözəl” filmi isə onu bütün dünyada tanıdıb.


***
Pasqualino Frafuso Neapolda yaşayan, ailəsinə bağlı və çox qorxaq bir adamdır. Film onun ailəsini və namusunu qorumaq üçün işlədiyi cinayətlə başlayır. Daha sonra Pasqualino həbsxanadan qaçır və müharibə zamanı nasist islah düşərgəsinə düşür, burada sağ qalmaq üçün mənəviyyatsız və qeyri-insani qərarlar verməli olur.

Film Pasqualinonun sağ qalmaq üçün etdikləri ilə mənəvi dilemmaları və insan təbiətinin sərhədlərini göstərir.

Restaurato Paqualino settebellezze. E la regista Lina Wertmüller riceve  l'Oscar onorario - Famiglia Cristiana

Vertmüller faşizmin fərdlər üzərindəki dağıdıcı təsirini və insan xarakterini deformasiyaya uğratdığını ustalıqla işləyib. Pasqualinonun düşərgədəki təcrübələri fərdin sistematik təzyiq altında necə çökdüyünü göstərir. Xüsusilə düşərgədəki nəzarətçi ilə olan münasibəti insan ləyaqətinin necə alçaldığını və sındığını açıq şəkildə nümayiş etdirir.

Filmin diqqət çəkən digər tərəfi ağır və qaranlıq mövzuları qara yumorla işləməsidir. Pasqualinonun faciəsi absurd və komik şəkildə təqdim olunur. Vertmüller izləyicini həm güldürüb, həm də düşündürərək faşizmin, müharibənin və insanlığın qaranlıq tərəfini göstərir.

PASQUALINO SETTEBELLEZZE (SEVEN BEAUTIES) - Festival de Cannes

***
Pasqualino ailəsinə çox bağlıdır. Onun ailəsi Neapolun işçi sinfindən gələn tipik bir italyan ailəsidir və ailənin namusu onun üçün çox vacibdir. Pasqualinonun ailəsini və namusunu qorumaq üçün cinayətə əl atması cəmiyyətin patriarxal dəyərlərə nə dərəcədə bağlı olduğunu göstərir. Bu dəyərlər fərdi sosial qaydalara və normalara zidd davranmağa məcbur edə bilər.

Film faşizm və onun cəmiyyət üzərində yaratdığı təzyiqi çox aydın şəkildə təsvir edir.

Faşizm sosial nizamı pozan, fərdləri sosial izolyasiya və qorxu içində saxlayan bir sistem kimi təqdim edilir. Bu sosial şərtlər altında fərdlər sağ qalmaq üçün öz mənəvi prinsiplərindən və sosial bağlardan imtina etməli olurlar.

***
Pasqualinonun kişilik anlayışı cəmiyyətdə mövcud olan patriarxal strukturların məhsuludur. O, ailəsini və bacılarını qorumaq üçün bir kişi olaraq müəyyən öhdəliklər hiss edir və bu onun cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. Gender rolları burada fərdin sosial statusuna və qərarlarına böyük təsir göstərir. Pasqualino kişi cinsinin "qoruyucu" və "namuslu" olması lazım olduğuna dair ictimai gözləntilərin qurbanıdır.

Pasqualino Settebellezze (Lina Wertmüller, 1976) DVDRip VOSI

Müharibə şəraitində sosial qaydalar və dəyərlər dramatik şəkildə dəyişir, bu da insanları insanlıqdan çıxaran vəziyyətlərə sürükləyir.

Ailə bağları Pasqualinonun şəxsiyyətinin mərkəzində dayanır və onun bütün qərarlarını və hərəkətlərini müəyyənləşdirir. Lakin bu bağlılıq filmin gedişatında onun şəxsiyyətindəki boşluqları və zəiflikləri də üzə çıxarır. Pasqualino mənəvi prinsiplərini qorumaqla həyatda qalma arasında qaldıqda mahiyyətini itirməyə başlayır.

Film insanın həyatda qalma instinktinin mənəviyyat üzərində necə üstün gəldiyini göstərir. Pasqualino islah düşərgəsində sağ qalmaq üçün etdiyi seçimlərdə mənəvi prinsiplərini yavaş-yavaş itirir. Faşizm və düşərgə şəraiti onun insanlıq anlayışını məhv edir və onu yalnız sağ qalmaq üçün hər şeyi edən bir varlığa çevirir. Film ekstremal şəraitdə insanın psixoloji vəziyyətinin necə sarsıldığını və bu sarsıntının fərdin mənəvi dəyərlərini necə dağıtdığını göstərir.

Pasqualinonun islah düşərgəsində keçirdiyi zaman onun psixologiyasında dərin izlər buraxır. Onun travması yalnız fiziki işgəncə və zorakılıqla məhdudlaşmır; o, həm də mənəvi və psixoloji aşınma ilə üzləşir.

Quella che… il cinema – la Sinistra quotidiana
.
***
Lina Vertmüller filmin hər səhnəsində diqqətlə işlənmiş kadr quruluşlarına üstünlük verir. Bu quruluşlar filmin məzmununu və psixoloji təsirlərini vizual olaraq gücləndirir. Kompozisiyalarda istifadə olunan asimmetriya personajın həyatı boyunca yaşadığı xaosu və mənəvi ziddiyyətləri əks etdirir.

Filmin rəng palitrası Pasqualinonun psixoloji vəziyyətini göstərmək üçün dəyişir. Filmin əvvəlində daha parlaq rənglərdən istifadə olunur, lakin hadisələr irəlilədikcə rənglər solğunlaşır. Bu rəng dəyişiklikləri filmin tədricən qaranlıq və ağır atmosferə keçidini asanlaşdrır. Pasqualinonun çətin anlarında qaranlıq və kölgəli işıqlandırma ön plana çıxır, bu da onun daxili dünyasındakı qarışıqlığı və qorxunu göstərir.

Napoli küçələrinin və evlərinin vizual detalları Pasqualinonun sosial və mədəni mühitini təsvir edir. İslah düşərgəsi səhnələrində isə minimalizm və soyuq rənglərdən istifadə olunub. Hər bir məkanın vizual detalları filmin məzmunu ilə sintez halında təqdim edilir.

Pasqualino Settebellezze. Nietzsche: l'oltreuomo come uomo nel disordine

***

Filmdə xeyli simvol var və bu simvolların həddindən artıq olması filmi ağırlaşdırır.


Pasqualino obrazı film boyunca dəyişikliyə məruz qalsa da, digər personajlar haqqında bunu demək çətindir. Məsələn, Mariancela Melatonun canlandırdığı nasist qadın obrazı çox güclü və təsirli olsa da, onun motivləri və daxili dünyası kifayət qədər incəliklə işlənməyib. Həmçinin, filmdə bəzi personajlar bir qədər şablon və ya səthidir.


Bütün bunlara baxmayaraq, Vertmüller müharibənin dəhşətlərini çatdırmağı bacarıb. Film təkcə italyan kinosunun yox, dünya kinosunun ən uğurlu nümunələrindəndir.

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Humay - Günel Natiqin hekayəsi

Humay - Günel Natiqin hekayəsi

15:00 8 sentyabr 2024
Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

11:33 8 sentyabr 2024
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

15:00 5 sentyabr 2024
"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

15:00 4 sentyabr 2024
"Həmin adamı bağışlamayacam..." - Salam Sarvan

"Həmin adamı bağışlamayacam..." - Salam Sarvan

12:30 3 sentyabr 2024
Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi

Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi

09:00 3 sentyabr 2024
# # #