Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
22 noyabr 2024
# 09:48

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Krallığın Ali Audiovizual və Kino Peşələri İnstitutunda direktor Həkim Belabbasla görüşüb.

Kulis.az xəbər verir ki, səfir Mərakeş hökumətinin başçısı Əziz Axnuşun COP 29 konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına tarixi səfərini xatırladaraq bu səfərin iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Səfir Audiovizual və Kino Peşələri İnstitutu ilə Azərbaycanın oxşar təhsil müəssisələri arasında məhsuldar əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tərəflər bu əməkdaşlıq çərçivəsində birgə proqramlar, tədbirlər və təlim layihələri həyata keçirərək bir-birlərinin təcrübəsindən faydalana bilərlər.

Həkim Belabbas Mərakeşin audiovizual və kino sahəsində nailiyyətləri haqqında qısa məlumat verib, institutla Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etməyə hazır olduğunu qeyd edib.

İnstitutun baş katibi Yusif Fərid isə Mərakeşin kino istehsalı üçün lazımi infrastruktura və kadrlara malik olduğunu vurğulayıb.

Azərbaycan səfiri gələn ilin əvvəlində institutda Qarabağın işğal altında olduğu dövrü əks etdirən filmin təqdimat mərasiminin keçiriləcəyini bildirib. Səfir, həmçinin, Mərakeşdə Azərbaycana dair fotosərginin və Azərbaycan filmləri həftəsinin keçirilməsi fikrini alqışlayıb. Bildirib ki, Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək.

Görüşün sonunda səfir Nazim Səmədov institutun yayım zalları, çəkiliş studiyaları, montaj otaqları və texniki avadanlıq anbarları da daxil olmaqla müxtəlif bölmələrinə baş çəkib. Daha sonra o, tədris auditoriyalarından birində tələbələrlə görüşüb.

# 1601 dəfə oxunub

Oxşar xəbərlər

"The Ring" filminin ulduzu vəfat etdi

"The Ring" filminin ulduzu vəfat etdi

11:00 18 iyun 2026
“Onların Mehdisi, bizim Mixaylo”  filminin təqdimatı oldu

“Onların Mehdisi, bizim Mixaylo” filminin təqdimatı oldu

15:46 17 iyun 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

15:08 17 iyun 2026
"Şrek 5"in yeni treyleri yayımlandı

"Şrek 5"in yeni treyleri yayımlandı

12:04 17 iyun 2026
Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

16:30 16 iyun 2026
"Kişilər nə danışır?"  filminin aktrisası vəfat etdi

"Kişilər nə danışır?" filminin aktrisası vəfat etdi

15:30 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər