AKİ ingilis dili kursu layihəsinə qəbul elan edir

AKİ ingilis dili kursu layihəsinə qəbul elan edir
7 yanvar 2025
# 17:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edir. Layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.

Kulis.az xəbər verir ki, üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər PDF formatda aşağıdakı məlumatları qeyd edib göndərməlidirlər:

A) Ad, soyad, doğum tarixi.

B) Təhsil və hazırda çalışdığı vəzifə

C) Müraciətçinin ingilis dili biliyinin səviyyəsi (Ayrı-ayrılıqda qeyd edilməklə) Anlamaq bacarığı (Beginner, elementary, pre-intermediate;)
Yazı bacarığı (Beginner, elementary, pre-intermediate;)
Oxu bacarığı (Beginner, elementary, pre-intermediate;)
Danışıq bacarığı (Beginner, elementary, pre-intermediate)

D) Müraciətçinin fikrincə, dil bilgisində ən zəif olduğu istiqamət (və ya istiqamətlər). Maksimum yeddi cümlədən ibarət olmaqla. (Məs, sözləri anlayıram amma danışa bilmirəm. Qrammatik biliyim zəifdir. Sözləri bilirəm, amma, cümlə qura bilmirəm və s.)

E) Kinematoqrafçı kimi aktivliyi (İştirak etdiyi kurslar, layihələr, beynəlxalq layihələrdə aktivliyi, neçə ssenari müəllifi olması (əgər varsa), ssenarisinin hansısa layihələrdə iştirakı, qalibiyyəti (əgər varsa), rejissor kimi film çəkibsə film və onun uğurları barədə və s.

Bir səhifədən çox olmamaqla, yazılı portfolionu [email protected] elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər. Müraciət üçün son tarix, yanvarın 25-nə qədərdir. Layihədə iştirak ödənişsizdir.

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

15:00 17 aprel 2025
Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

12:15 17 aprel 2025
"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

09:45 17 aprel 2025
""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

16:08 16 aprel 2025
Nicky Katt 54 yaşında  vəfat etdi

Nicky Katt 54 yaşında vəfat etdi

11:36 13 aprel 2025
“Mənim sehrli dünyam” Almaniyada

“Mənim sehrli dünyam” Almaniyada

09:37 11 aprel 2025
#
#
# # #