Gənc tamaşaçıların aktrisası Azdrama səhnəsində intihar etdi
16 iyun 2011
16:32
Vağzal, teatr səhnəsi. Bu iki məfhumun bir-biri ilə heç bir əlaqəsi, oxşarlığı yoxdur. Biri insanları müvəqqəti, bəzən də əbədi ayıran, (yaxud əksinə) bir məkan. Biri isə klassik, yaxud müasir əsərlərin canlandırıldığı bir güzgü. Bir az həyati, bir az da uydurma. Bu gün də həmin məkanda Afaq Məsudun “Qatarın altına atılan qadın” əsəri canlandırıldı. Səhnə də bir az səhnəyə, bir qədər də dəmir yol vağzala bənzədilmişdi. Hadisələr də həm səhnədə, həm də vağzalda cərəyan edirdi.
Keçidlər bir qədər qeyri-müəyyən anlaşılmaz olsa belə, tamaşaçı ayırd edə bilirdi.
Hadisələr əsasən iki personaj üzərində qurulub. Kişi və qadın. Bəzi məqamlarda “İki nəfər üçün vağzal filminin, hərdən “Anna Karenina”nın məzmununu xatırladan süjet xətti çox gərgin cərəyan edir. Adamın bu yayın istisində səhnədə özünü xərcləyən aktrisaya yazığı gəlir. Bu baxımdan da onun bəzən süni, hərdən pafoslu, hərdən də həddini aşan qışqırıqlarını belə bağışlamaq istəyirsən. Aktrisa səhnədə aktrisanın taleyini oynayır. Oynamadığı rol qalmır. Çamadanını yığıb taleyindən qaçmaq istəyirmiş kimi vağzala qaçan, vaxtilə şöhrətin pikində olmuş, indi teatrdan çıxarılan və unudulan aktrisa bura niyə gəldiyini özü də bilmir. Düşdüyü məkanın hara olduğunu ayırd etmədən özünü səhnədə hiss edib oynamadığı rol qalmır. Bir vaxtlar səhnədə oynadığı Kleopatranı, Ofelyanı, Xuramanı, klassik və müasir əsərlərin əsas rollarından monoloqları deyir.
Vağzaldan ötüb-keçənlərdən kimsə onu tanıyıb təəssüf hissi keçirməklə kifayətlənib ötür, kimi də sadəcə “dəlidir” - fikrini beynindən keçirib yoluna davam edir. Onların arasında yalnız bir nəfər – həmin aktrisanın taleyinə bənzər bir ömür yaşayan, indi “bomj” olan məşhur yazıçı ona yaxınlaşır. Bu eynitaleli insanın bir neçə saat ərzində yaşadıqları tamaşanın əsasını təşkil edir. Əvvəlcə onu tanıyan bu adam bir az eqoizm nümayiş etdirən, ona dilənçi payı belə verən aktrisa yavaş-yavaş bütün daxilini onun üçün açır. Sonra ona bəlli olur ki, bu “bomj” bir vaxtlar əsərlərinin baş rollarını yaratdığı həmin yazıçıdır. Bundan sonra onların arasında mübarizə başlayır. Aktrisa onu sovet təbliğatına qulluq edən əsərlər və qəhrəmanlar yaratmaqda günahlandırır. O isə bunu könüllü etmədiyini etiraf etməklə günahsızlığını sübut etməyə çalışır.
Gedişatda onların birgə keçmişlərinin olması da ortaya çıxır. Yazıçının dediyi kimi aktrisanın sənətinin qüdrəti onun damarlarındakı qanı ilə iliyinə işləyirmiş. Onun sarmaşıqlı eyvanı, ordakı sütunlar yazıçının yaddaşının küncündədir, amma bir xəyal kimi. Hərdən sözarası aktrisaya “sən o vaxt da məni eşitmirdin” - deyir. Çox məqamlar rejissordan gələn xətlə tamaşaçı üçün mübhəm qalır, onun ixtiyarına buraxılır. Bu nə dərəcədə düzgündür, yəqin sənətşünaslar yaxşı bilər. Bəzi tapmacalara isə sonluqda cavab tapıldığından tamaşaçıda tamaşaya bir daha baxmaq istəyi yaranır.
Bütün qarşılıqlı etiraflardan sonra ani bir keçidlə aktrisa səhnədə görünür. Yenə rejissor onu “bitmiş” adlandırıb teatrdan qovur. O da Anna Karenina qiyafəsində özünü qatarın altına atırmış kimi zənn edib hündür səhnədən aşağı atır.
Dodaqlardan bircə kəlmə keçir “böyük aktrisa idi”. Bir də vida mərasimində bayaq onu teatrdan qovan rejissor nitqini bu kəlmə ilə başlayır “mədəniyyətimizə ağır itki üz verib”...
Sonra yenə həmin səhnədə başqa bir gənc aktrisa “Qatarın altına atılan qadın” tamaşasında baş rolda oynayır, daha doğrusu, oynamağa başlayır.
Yaxşı tamaşadır, birinci hissədə olan çiylik ikinci hissədə hiss olunmadı. Birinci hissədə nəyisə güclə göstərməyə çalışmaqlar ikinci hissədə yox idi. İkinci hissə bir göz qırpımı qədər ani oldu, hərçənd birinci hissə yorucu gəlmişdi.
Aktrisa rolunu Gənc Tamaşaçılar teatrının aktrisası Kəmalə Hüseynova oynayırdı. Rejissorun ona inanmasına rəğmən aktrisanın özünəinamsızlığı oyununa mane olmaya bilmirdi. Onun tərəf müqabili Cəfər Namiq Kamal oyununa öz improvizələri ilə xüsusi kolorit qatması tamaşaçıda gülüş və maraq doğururdu, amma aktyor əvvəlki rollarına bənzəyirdi. Yeni, fərqli deyildi.
Tum satan qadın – aktrisa Hicran Nəsirova obrazda deyildi. Onun oynadığı tum satan qadın açılmamış qaldı. Vağzal nəzarətçisi də. Onların obrazları yalnız baş rola köməkçi funksiyasını daşıyana bənzədi.
Əsərə səhnə quruluşunu Mehriban Ələkbərzadə verib. Tamaşanın premyerası sabaha – iyunun 17-nə planlaşdırılıb.
Ramilə Qurbanlı

1562 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024