Cabir İmanov: “Niyə Azərbaycanda Formula 1 yarışları keçirilmir”

Cabir İmanov: “Niyə Azərbaycanda Formula 1 yarışları keçirilmir”
14 iyun 2011
# 11:00
“Parni iz Baku” kollektivinin sevilən aktyorlarından Cabir İmanovun artıq bir dəfə “Facebook” sosial şəbəkəsindəki səhifəsindən qeydlərini sizinlə paylaşmışdıq.

Kulis.az çoxsaylı xahişləri nəzərə alaraq, yenidən “Cabir İmanov – Parni iz Baku” səhifəsindən sizə zarafat toplusu təqdim edir:

Bu yaxınlarda “Formula 1” yarışı üzrə təşkilatçıların Ümumdünya Qurultayında bu qənaətə gəlinmişdir ki, Azərbaycanda heç vaxt bu yarış keçirilə bilməz. Məsələ burasındadır ki, azərbaycanlılar beş saniyəyə nəinki təkəri çıxardıb dəyişdirmək, hətta onu satmağı belə bacarırlar.

İdman xəbərləri:
... və budur biz Azərbaycan-Almaniya oyununa bağlanırıq.
Aha oyunun 34-cü dəqiqiqəsi gedir və almanlar hücumdadırlar, ancaq Mesut topu kimə ötürəcəyini bilmir. Çünki Müller bağlıdı, Podolski bağlıdı, Gomez də bağlıdır. Eşq olsun Rəşad Sadıxova. Rəşad onların üçünüdə oyundan qabaq soyunub-geyinmə otağında bağlayıb.

Fransanın paytaxtı Paris şəhərinin adını bizim Sirap minerasuyunun şərəfinə qoyulub. İnanmırsız, bu sözü tərsinə oxuya bilərsiz: "SİRAP"

- Ala Natiq bəs bu rüşvətxorluğun qarşısı necə alınmalıdır?
- Ala çox asan! Artıq rüşvətxorlara rüşvət vermək lazımdır ki, rüşvət götürməsinlər.

Dünən Fransanın paytaxtı Parisdə yaşayan Azərbaycanlı tələbələr məşhur butulye "Georgio Armani"-nin ofisinin qarşısında mitinq keçirmişlər. Azərbaycanlıların dediklərinə görə, Giorgio Armani Gürcüstan ermənisidi.

Fransada yaşayan azərbaycanlıların fikrinə görə, fransız məmurlarının heç bir qram da olsun ağlı yoxdu. Axı siz mənə deyin görüm ağlı olan adam da rüşvətdən imtina edər?!

Dünən Parisdəki saunaların birində iki nəfər şübhəli azərbaycanlı yaxalanmışdır, sonra kisələnmişdi, sonra da gəlmişdilər bizə oturdux gəşəhcənə yedik içdik. Bu kriminal xəbərlər idi.

Bu yaxınlarda Azərbaycanın futbol tarixində şok bir hadisə baş vermişdir. Azərbaycan yoldaşlıq oyunu çərçivəsində Brazilya millisini Beyləqan rayon mərkəzi stadionunda qəbul etmişdir. Hadisənin şokluğu bundan ibarət idi ki, rəqib komandanın himni səslənən zamanı Beyləqanlı azarkeşlər rəqib azarkeşlərini “medlenni” rəqsə dəvət etmişdirlər.

- Şair Nəsimiylə sıravi vətəndaşların fərqi nədir?
- Fərq odurki, Şair Nəsiminin dərisini bir dəfə soydular, daha canı qurtardı. Ama sıravi vətəndaşları hər ayın axırı işıq pulu, su pulu, qaz pulu soya-soya gedir..

Eliş: Röşka bir elana qulaq as.
Röşka: Aha?!
Eliş: Metroda basabas vaxtı kütləni idarə etmək üçün təcrübəli çoban tələb olunur.

20 il dönərçi işləyən Rüfət kişi hər dəfə nəvəsini bələyəndə, arasına ketçupla mayonez vurur.

Eliş: Dünyada ən az yaşıyan xalq kitaylılardı.
Röşka: Kitaylılar niyə?
Eliş: Ala, çünki ürəyləri kitayskidi, geydirmədi.

AğaNatiq: Azərbaycan ne tolko suverenniy, Azərbaycan i qazverenniy, işıqverenniy i neftverenniy po vsemu miru.

Bu yaxınlarda Beynəlxalq Sorğu mərkəzi 100 nəfər boksçu arasında sorğu keçirmişdir. Onların hamısına bir sual verilmişdir.
- Boksun insan sağlamlığına təsiri varmı?
Nəticədə 5 boksçu demişdir ki, belə suallar onları bezdirib. Qalan 95 boksçu isə sualı başa düşməmişdirlər.

Dünən Xəzər Lənkəran və Neftçi komandalarının görüşü nə az-nə çox düz yarım saat yubanmışdır. Məsələ burasındadır ki, oyunun əvvəlindəki püşk atma mərasimi komandaların kapitanları arasında qəfil qumar oyununa çevrilmişdir. Onu da qeyd edək ki, Xəzər Lənkəranın kapitanı 2 manat 40 qəpik qabağa düşmüşdür.

Eliş: Ala bu Ərəblər "Burj Al Arab"ı nöş suyun içində tikiblər?
Röşka: Ala görünür Dubayın meri çox burcutdu, axırda da məcbur olub suyun içində tikdilər dəə ... Həri.

BakıElektrikşəbəkə öz abunəçilərinə bildirir ki, nə qədər ki onlar öz qapılarını bizim əməkdaşlara açmırlar, bir o qədər çox onların qapı zəngi onların özlərinə ziyan vuraraq pul yazır.

Dünən axşam Bakıdakı binaların birində 9-cu mərtəbədən LCD televizoru yerə düşmüşdür. Lakin sınmamışdır, çünki televizor 6-cı və 5-ci mərtəbənin arasında yoxa çıxmışdır.


Günel Əsgərzadə
# 2477 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #