“”Avatar” çox avara estetika ilə çəkilib”
6 sentyabr 2012
12:55
Həmsöhbətimi tanıtmağa ehtiyac var, çünki ciddi sənətlə məşğul olan adamdır və o qədər də populyar deyil. İxtisasca rejissordur, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Yeddi filmin müəllifidir. İlk bədii filmi “Etiraf” olub, hələlik sonuncusu “Çölçü”dür. Sənədli filmləri telekanallarda nümayiş olunur, məsələn “Xalça”. Bədii filmləri o qədər də çox yayılmayıb. Bu da onun günahı deyil. Azərbaycanda ilk kino saytının yaradıcısı odur, iki ilini təmənnasız olaraq bu işə həsr edib. Onunla yaradıcılığı barədə söhbət etdik, ancaq bununla kifayətlənmədik, çünki Şamil Əliyev həm də kinoindustriyanı bilən adamdır. Çalışdıq ki, mütəxəssis nəzəri ilə hələ də zərbədən ayağa qalxa bilməyən kinomuza diaqnoz qoyub, müalicə yollarını tapaq.
- “Çölçü” hazırdır, amma...?
- “Çölçü” 3 festivalda nümayiş ediləcək, “Kinoşok”da premyerası olacaq.
- Amma hələ Bakıda göstərilməyib, bizim tamaşaçı bir çox filmlərimiz kimi “Çölçü”dən də bixəbərdir.
- Açığı, mən filmin burada göstərilməsinin tərəfdarı deyiləm. Marağındayam ki, göstərilməsin.
- Bunun açıqlaması olmalıdır...
- Asanlıqla əldə olunan bir şeyin heç vaxt qədir-qiymətini bilməzsən. Rusiyanın bu saat ən qabaqcıl rejissoru Sakurov deyir ki, filmin tez göstərilməsinin qarşısını almaq lazımdır. Qoy, arzuolunan, əlçatmaz qalsın. Filmin premyerası dünyada olmalıdır, belə daha maraqlıdır. Necə ki, ABŞ-da premyerası olan filmin eyni vaxtda bizim “Park-Bulvar”da göstərilir.
- Çox uzağa getdiniz...
- Elə də olacaq, olmalıdır. Dünya premyerasına doğru can atmaq lazımdır. Bu artıq mənim işim deyil, mən müəllifəm.
- Onun üçün Azərbaycan kinosu hələ çox yol qət etməlidir axı?
- Doğrudur, onun üçün kinoindustriyanın tələbləri var də. Prezident iki dəfə kino haqqında sərəncam verib. Sərəncamda kinematoqrafçıların qarşısında duran vəzifələr dəqiqliklə göstərilib. İstər müstəqil kino ilə bağlı, istər dövlət filmləri ilə. Dövlət bu saat kinoya yeganə dəstək verən tərəfdir. Bu, kinonun ölməməsi üçün atılan addımdır, bunun üçün minnətdar olmalıyıq. İnanın ki, kino olmasa dövlət də olmaz, Azərbaycan 20 il sonra məhvə sürüklənər. Dövlət maliyyəni ayırır, daha kinematoqrafçıların yerinə, mənim yerimə kino çəkməyəcək ki... Kinoprokat haqqında düşünməyəcək ki... Bunlar haqqında artıq biz düşünməliyik.
- Maliyyə ayrıldı, film çəkildi, həmin filmin dünya kinoteatrlarına çıxması, gəlir gətirməsi üçün hansı mərhələlərdən keçməsi lazımdır?
- Normal halda film hələ çəkilməyə başlamamış onun yayımı ilə bağlı iş görülməlidir. Rusiya, Gürcüstan bu istiqamətdə işlərini qurub. Film hələ layihə halında ikən artıq sənin dünya kino yayımı şirkətləri, prokatları ilə müqavilən olmalıdır. Filmin nə vaxt çəkilməyə başlamasını, nə vaxt bitirəcəyini bilməlisən. Ona uyğun dünya premyerası təyin olunmalıdır.
- Deməli hələ mən də düzgün qoymadım sualı, filmə maliyyə ayrılmasından sonrakı proses çəkiliş deyil?
- Yox, yox. Filmin uğuru maraqlı ssenaridən başlayır. Bəlkə sənin yaxşı hesab etdiyin ssenari dünya tamaşaçısı üçün yaxşı deyil. Məsələn, mən “Avatar”ı kinematoqraf hesab etmirəm, çünki çox avara estetikadır.
- Mən də, bu baxımdan fikirlərimiz üst-üstə düşdü.
- Bizli-bizsiz 2 milyard gəlir əldə edib.
- Olsun, onu da sevənlər var...
- Doğrudur, amma kinematoqraf deyil. Yaxşı ssenaridən sonra vacib məsələ çəkiləcək filmin dünyadakı distribütörünü tapmaq, yayımını dünya miqyasında təşkil etmək üçün. Ondan sonra gərək çalışıb, yaxşı iş qoyasan ortaya ki, dünya bu filmi qəbul etsin, yayımında maraqlı olsun. Film ki yaxşı oldu qalır reklamı, gərək reklam üçün maliyyəni səxavətlə verəsən, əgər filmin o maliyyəni yığmağa qadir olduğuna əminsənsə...
- Kinostudiyanın rəhbərliyində dəyişiklik etməklə, alternativ kino ittifaqı yaratmaqla dediyiniz o uğurlu mərhələyə qədəm qoymaq olar?
- Kinostudiya bizim üz tutduğumuz yeganə yerdir. Müstəqil studiyaların hələ o imkanları yoxdur ki, bir işi axıra çatdırsınlar. Kinostudiyanın rəhbərliyinin dəyişməsi vacib idi. Müşfiq Hətəmov yaxşı menecerdir, ona ehtiyac vardı, ona görə də təyin olundu. Bu, bir zəncirvari qurumdur. Biri yerində olmayanda proses pozulur.
- Bəzən iş bilməyənin birini elə yerə qoyurlar ki, işinin ustası olanların hamısının işini heçə endirir...
- Elə də olur. Gələk, dediyiniz alternativ kino ittifaqına. Oradan alternativ sözünü götürərdim, çünki köhnə ittifaq öz işini görür, yenisi də iş görməyə başlayıb. Qoy, belə kino qurumları daha çox olsun, bu kinonun xeyrinədir, amma o qurumları heç kim bir-birinə alternativ hesab etməsin. Mənim fikrimcə yeni ittifaqda təmsil olunanlar gərək hansı işə qol qoyduqlarını hiss etsinlər. Məsələn, Cəmil Quliyev yaradıcı adamdır. Onu hara təyin etsən, işləyəcək, işini də biləndir. İstərdim ki, ətrafındakılar da elə olsunlar. Heç olmasa Cəmilin iş görməsinə maneçilik törətməsinlər. Şəfiqə Məmmədova da yaradıcı adamdır. Rüstəm İbrahimbəyovun özü də deyib ki, Şəfiqə xanıma heç bir irad tutmayın.
- Siz niyə köhnə ittifaqdan yeniyə getdiniz?
- Çünki köhnə ittifaqda heç bir perspektiv görmədim.
- Yeni ittifaqda görürsünüz?
- İstərdim görüm, başqa yol yoxdur. Görməsək, rəhbərliyin dəyişməsi tələbini qoyarıq. Bu ittifaqı nə üçün yaratmışıq? İşləməlidir. Şəxsi mənafeyi kənara qoyub kinonun mənafeyini düşünmək lazımdır.
- Necə hesab edirsiniz, eyni adda iki qurum yaratmaq orada olan kino adamlarını bir-birinin əleyhinə çıxartmaq deyilmi?
- Onsuz da... Bilirsiniz, bəzi məqamlar var və mən bu barədə danışmaq istəmirəm. Bu müsahibəni bizim düşmənimiz olan ölkələr də oxuyacaq. Düşməni sevindirməyək də, öz ailəmizin içində olanlar qoy içimizdə qalsın. Sözsüz dünyanın hər yerində olduğu kimi bizim kinematoqrafda da qeyri-sağlam insanlar, bir-birinə düşmən olanlar var. Bunu eşidən düşmən sevinir, deyir ki, baxın, bunlar bir-birini qırır, bunlarla necə dost olmaq olar?
- Sabah belə halları yeni ittifaqın özündə görəndə deyə biləcəksinizmi ki, bizi niyə oradan bura gətirdiniz?
- Orada elə həmkarlarım var ki, həmyaşıdlarımdır, onlara deyə bilərəm. Amma Eldar Quliyevə, Oqtay Mirqasımova deyə bilmərəm, bəlkə başqa cür çatdıra bilərəm fikrimi. Olmasa, dost kimi sözümü deyə bilərəm. Hər halda, yeni kino ittifaqı da işləməsə, susmayacağıq. Hələ ki, ancaq uğur diləyə bilərəm. Orada çox böyük işlər görülməlidir, artıq ordakılar yaradıcılığı kənara qoyub, rejissor kimi özlərini qurban verməlidirlər. Mən məsələn rejissorluqdan əl çəkməzdim, bunu ediblərsə, sağ olsunlar, vallah. Kino çəkilişi, təbliği, yayımı industriya kimi formalaşsın qalan hər şey düzələr.
- Kinoprokatı ləğv etmək çox asan oldu, amma yenisini yaratmaq müşkülə çevrilib...
- Avropanın elə ölkələri var ki, kinoindustriyası var, amma əziyyət çəkirlər. Niyə? Çünki Amerika kinosu bütün dünyadakı industriyanı zəbt edib. Amerika kinosu həyatımıza soxulub və çıxmaq fikri yoxdur. Avropa müəyyən qanunlar qəbul etməklə bunun qarşısını almağa cəhd göstərir. Məsələn, hər kinoteatrda xarici filmlərin göstərilməsi üçün müəyyən faiz qoyulub, ay ərzində neçə xarici film göstərmək olar. Amerika birinci növbədə kino ilə beyinlərdə dəyişiklik yaradıb. Dünyanın hər yerindən sağlam beyinləri götürür. Daim beyinlə təmin olunur. Hər adam da gedib oranın kino aləminə daxil ola bilməz. Bunu üçün mütəxəssislər qarant durmalıdırlar ki, bu beyin Amerikaya lazımdır. Qayıdıram o fikrə ki prezident sərəncam verir, maliyyə ayırır, qalanını biz etməliyik. Mən “Çölçü” filmini çəkdim. Bilirsiniz həmkarlarıma məsləhətim nədir? İşini-gücünü tərgidib “Çölçü”nü aşağılamağa çalışma, get ondan yaxşı film qoy ortaya, sağlam rəqabət yarat.
- Sağlam rəqabət də industriyanın, uğurun şərtidir. Bayaqdan sizə verdiyim suallarla məqsəd yalnız mütəxəssis dilindən düzgün diaqnoz və müalicə yollarını eşitməkdir.
- Əsas səbəblərdən biri estetik prinsiplərin transformasiyasıdır. Sovet vaxtı Azərbaycan filmləri Sovet ideologiyasına tabe idi. Doğrudur, hər bir xəstəliyin sağalması düzgün diaqnozdan asılıdır. İndi estetik prinsiplərin dəyişməsi fonunda elə şeylər baş verir ki, aləm qarışır bir-birinə. Kino təzə yarananda Fransada hamı film çəkirdi. Re Kler deyir ki, hamı kino çəkirdi, zaman keçdi, tək-tək adamlar qaldı. Yəni kinonu sənət kimi qəbul edənlər qaldı, həvəskarlar dağılışdı. İndi həvəskarlar, təhsili olmayanlar film çəkir. Çoxları dərk eləmir ki, artıq əsl kinematoqraf yaratmaq tək-tək adamların işidir. Təhsilli kino çəkənlərin çoxu hələ teleserialla bədii film arasındakı fərqi bilmir. Əsl kino incə zövqün məhsuludur. O da çox ağır olur, qəbul edilməyə də bilər. Ona görə deyirəm ki, “Çölçü”nün nümayişinin tərəfdarı deyiləm. Üç beynəlxalq festivalda iştirak edəcək, dünyada onu tanıyacaqlar. Artıq sanballı kinematoqrafçıların rəyini alıb. Festivallarda filmi hansı ölkənin çəkməsi böyük rol oynayır. Amerika, filmlərinin arxasında durur.
- Demək dövlət səviyyəsində yalnız maliyyə ayırmaq azdır.
- Dövlət səviyyəsində kinonun yayımı, reklamı arxasında durmaq təhlükəlidir, amma o işi görən təşkilatın arxasında dövlət durur. Bu olmasa kino yetim qalır. Artıq başqa yolumuz yoxdur, bütün şəxsi ambissiyalardan əl çəkib kinonu qaldırmaq lazımdır.
Ramilə QURBANLI

1868 dəfə oxunub
Oxşar xəbərlər
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik
09:15
11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı
10:12
10 dekabr 2024