Rusiya uşaqları qurtuldu

Rusiya uşaqları qurtuldu
24 avqust 2012
# 10:19
Timsah Qenanı siqaret çəkməyə qoymayacaqlar, “Nu poqadi” qəhrəmanı da siqaret çəkməyə həsrət qalacaq. Bu günün cizgi qəhrəmanı Şreklə Fiona daha güc tətbiq edə bilməyəcəklər. Məsələn, Fionanın qurbağanı boğması kimi. Tomla Ceri daha bacardıqları qədər aqressiya nümayiş etdirə bilməzlər. Əgər canavarın ağzından çəkdiyi siqareti çıxarmaq mümkün olmasa, “Nu poqodi” cizgi filminin uşaqlar üçün deyil, böyüklər üçün nümayişinə icazə veriləcək.

Sentyabrın 1-dən Rusiyada “Uşaqların psixologiyasına, sağlamlığına və inkişafına zərər gətirən proqramlardan müdafiə” haqında qanun qüvvəyə minir. Bu qanun Rusiyada hələ 2010-cu ildə qəbul olunub. Qanunun ortaya çıxmasının səbəbi uşaqların zor, aqressiya, bir-birini öldürmək kimi hallar aşılayan cizgi filmlərinin, proqramların, filmlərin həddini aşmasıdır. Qanunla sentyabrın 1-dən artıq Rusiya telekanallarında səhər saat 4.00-dan axşam 23-.00-a qədər siqaret çəkməyi, içki içməyi, evdən qaçmağı, böyüklərlə, valideynlərlə yanlış rəftarı, söyüşü, davanı təbliğ edən verilişlər nümayiş olunmayacaq. Daha doğrusu uşaqlar belə verilişlərə baxa bilməyəcəklər. Çünki belə verilişlər haqda əvvəlcədən həm telekanal proqramında, həm də veriliş başlamazdan əvvəl, verilişin gedişatında, hətta həmin verilişin reklam arasında xəbərdarlıq işarələri qoyulacaq.

Təbii ki, əgər bu qəbil hallar olan verilişdən həmin yerləri kəsib götürmək mümkün deyilsə. Kəsib götürmək mümkün olduğu halda həmin yerlər heç göstərilməyəcək. Məsələn, bayaq dediyim kimi Fionanın qurbağanı boğub öldürməsi səhnəsi cizgi filmindən kəsilib götürüləcək. Sadalanan hallar yalnız o zaman çıxarılmayacaq ki, həmin halın sonda yanlış nəticələrini də uşaq görmüş olsun. Məsələn? görsün ki, Tom siqaret çəkdiyi üçün öldü, yaxud Cerrini içki pis hala saldı. Öldü –demiş, ölüm səhnəsini, yəni qəhrəmanların da ölümlü olduqlarını yalnız 6 yaşdan yuxarı uşaqlar görə bilərlər, o da o halda ki, bu qətl hadisəsi olmasın, təbii ölüm olsun. Haqqın nahaqqa, şərin xeyrə qalib gəldiyi səhnələri artıq Rusiya uşaqları görməyəcəklər. Bunun üçün onların əmi, dayıları işləyirlər.

Bütün verilişlərin hansı yaş həddi üçün nəzərdə tutulduğu ekranın bir küncündə işarə ilə göstəriləcək. Bunu isə xüsusi komissiya müəyyən edəcək ki, həmin komissiya hər telekanalın özündə təşkil olunur.

Qanun müəllifləri belə bir müqəddəs qanunu həyata keçirmək üçün valideynlərə də arxalanırlar. Valideynlər ekranda qoyulan işarə ilə hansı verilişə hansı yaşda uşağın baxa biləcəyinə qərar verməlidirlər. Artıq nəticə həm də valideynlərdən asılıdır.

Həm də bu qanun yalnız telekanallar üçün nəzərdə tutulmayıb. Bu cür işarələr kinoteatr biletlərinin, internet saytlarının üzərində də öz əksini tapacaq.

Nə demək olar, sağ əlləri bizim başımıza.

Ramilə QURBANLI
# 3620 dəfə oxunub

Oxşar xəbərlər

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

18:10 15 iyul 2026
2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

16:30 15 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

14:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər