Teleserialların tarixi: İzaura, Mariana, Ştirlis, Əfsanə - ARAŞDIRMA
30 avqust 2011
07:00
İlk serialı ərəb çarının əsirliyində olan gözəl danışıb. “1001 gecə”dən o yana uzanmayan hekayət bir ailənin yaranmasına, bir hökmdarın zalımlıqdan əl çəkməsinə və sair xeyirxah əməllərə rəvac verib. Sonralar həmin uydurma və ən maraqlı yerində qırılıb sabahkı gecəyə məqsədli şəkildə saxlanılmış “sabun operası” bəsit serialların əsasını qoyub. Elə “Sabun operası” məfhumu da da 30-cu illərdə radio dalğalarında evdar qadınlar üçün yayımlanmış eyniadlı serialın adından götürülüb. Bu serialdan bir yuyucu məhsullar firması öz məhsullarının reklamı üçün istifadə edirmiş.
Sonralar serialın tarixi Aeksandr Düma - atanın və eyni vaxtda fransız yazarı Ejen Syunun adı ilə bağlanır. İlk serial əsərlərini onlar yazıblar. Teleserialların tarixi köhnə Sovet məkanında o qədər də uzaqlara getmir.
Yuxarıda söhbət açdığımız “Sabun operası” məsələsi Amerikada baş verib. Deməli serialların Latın Amerikasında yaranması fikri də bu faktdan qaynaqlanır. Həm də ən mənasız və məzmunsuz, ailə münaqişələri, xəyanətlər, qisasçılıq, hansı qeyri-insani, qeyri-əxlaqi, hallar desən, o seriallarda görə bilərsən. İlk vaxtlar evdar qadınlar öz həyat yoldaşlarına İzauraların, Marianaların gözü ilə baxmağa başlamışdılar. Artıq öz ərlərini deyil, başqa birisini sevməyin nəinki mümkünlüyünü, hətta zəruriliyini bu seriallar sayəsində “anlamışdılar”. Bu baxımdan Sovet rejiminin o serialları öz ekranlarına hansı səbəbdən yaxın qoymamasını anlamaq və haqq qazandırmaq belə olar.
Sovet serialları
Sovet rejimi isə bizə o vaxt çoxserialı televiziya filmləri kimi baxdığımız “Baharın on yeddi anı”, “Görüş yerini dəyişmək olmaz”, “Şerlok Homs və doktor Vatsonun macaraları” adlı serialları təqdim edirdi. Hər birində təbliğat aparatı öz işini görən, tamaşaçı cəlb edən və qəhrəmanını sevdirə bilən seriallar idi.
“Baharın on yeddi anı” televiziyada gedəndə o vaxt Moskvanın küçələri belə bom-boş olarmış, hamı evlərinə çəkilib sevimli Ştirlisi-polkovnik İsayevi izləyərmiş. Bu səpkidə uşaqlar üçün də seriallar yaranırdı. “Lyapold”, “Bir dayan, dovşan”, “Timsah Gena” və sair. “Kölgələr günorta yox olur”, “Bütün çaylar axır”, “Əzablı yollarla”, “Müharibə və sülh” kimi əsərlərin ekran həlli də maraqlı seriallar idi.
Berlin divarını “söküb” gələnlər
Gəlib çıxdıq 90-cı illərin sonlarına. Berlin divarının sökülməsi ilə elektron yayımı vasitələrinə qoyulmuş sədlər də götürüldü. Əvvəlcə İtaliyadan “Sprut”, sonra Amerikadan “Santa Barbara” gəlib çıxdı. “Sprut”da sonda kamissar Kataninin ölümünə göz yaşları tökməyim də yadımdadır.
“Santa Barbara”da isə Kruzdan çox Melsonu balet eləyirdim, amma o da uzun çəkmədi, çünki serialdan bütünlüklə bezdim. Bir serial ki, mən ali məktəbə hazırlaşanda başlamışdı, diplomumu alanda hələ qurtarmamışdı, ona vaxt sərf etməyə dəyər? Yox.
Braziliya “xəstəliyi”
Nəhayət Braziliya serialları “Kölə İzaura”, “Varlılar da ağlayır” kimi seriallarla o janr köhnə Sovet və Azərbaycan kinoindustriyasına hakim oldu. Həm ucuz, həm də kütləvi. O hakim olan olub. Yuxarıda dediyim əxlaqsızlıq, ailə-məişət zorakılığı və pozğunluğu da həmin seriallarla bərabər artmağa başladı. Yaxşı ki, qanımızın arasına əxlaq və mentalitet sarıdan bir qədər bizə yaxın olan Türk diziləri girdi.
Türkiyədə dizilərin tarixi heç uzağa getmir. Dünən, srağagün yaranıb. Onsuz da dünya bazarında heç bir uğur qazanmayan, özünün ənənəsi olmayan Türkiyə kinosu yaxın vaxtlarda diziyə keçməyə başladı. Başladı və türk kinosunun uzun illər görə bilmədiyi bir işi az bir zamanda becərdi - sevildi, baxıldı. Düzdür, daha çox özləri baxır, amma bu da bir işdir. Hər halda özləri özlərinə həmin dizilər vasitəsilə müəyyən mesajları verir, təbliğatı apara bilirlər. Bəli, teleseriallar millətin ümumi mənafe baxımından yönləndirilməsi işində ən qabaqcıl vasitədir.
Türk rejissoru Kudret Sabançının bütün seriallarında qadın haqları əsas yer tutur.
Latın Amerika seriallarında sinfi bərabərsizlik, hətta hakimiyyətin yeritdiyi siyasət belə tənqidə tuş gəlir.
Tamaşaçı serialda gündəlik həyatını, problemlərini, özünə doğma olanları görür.
Zamanın tələbidi.
Bu gün bütün dünyada kinoteatrlara, teatrlara maraq azalıb. Baxışlar, dünyagörüşlər dəyişib. İnsanlar daha kənarda yox, evin içində istədiyinə baxmağa üstünlük verir, çünki bu imkan var. Teleserialla ona istədiyini aşılaya bilərsən, təbii onu təqdim etdiyin seriala baxmağa “məcbur” edə bilsən. Bu “məcburiyyət” elə olmalıdır ki, buna tamaşaçı sadəcə könüllü surətdə tabe olsun. Bir zamanlar Braziliya, sonra türk seriallarına “məcbur” olduğu kimi.
Bu gün Rusiya kanallarında da seriallar dövlətin elə Sovet vaxtı olduğu kimi mühüm “silahına” çevrilib. “Bandit Peterburq”, “İşıqları sındırılmış küçələr”, “Dövlət sərhədi” və sair kimi seriallar istər bədiilik, istər ifaçılıq, istərsə də kütləvilik baxımından yüksək səviyyədədir. Necə ki, Türkiyədə “Arka sokaklar”, “Qurtlar vadisi”.
Bizdə vəziyyət necədir?
Azərbaycanda milli serial məfhumu hələ Sovetin son illərində yarandı. Rəhmətlik Lütfi Məmmədbəyov axını duyub Əlibala Hacızadənin “İtkin gəlin”, “Vəfalım mənim”, “Ayrılığın sonu yoxmuş” seriallarını çəkdi. Texniki, bədii, ümumiyyətlə keyfiyyət baxımından çox aşağı səviyyədə olsa da ilkin olmasını dana bilmərik. Çox tənqidlərə tuş gəldiyindən həm o serial, həm də ümumiyyətlə serial məsələsi atıldı kənara. Üstündən uzun illər keçəndən sonra yenə dövlət televiziyasında və yenə sponsorlar hesabına Elçin Cahangirli “Yandırılmış körpülər”, ardınca “Susmuş vicdan” seriallarını ərsəyə gətirdi. Onların heç biri bədii əsər mövzusu olmasa da səviyyəcə ilkin yaranışdakından fərqləndi, amma nədənsə kütləvilik qazanmadı.
Bu nədəni mütəxəssislər, kino adamları, o cümlədən xalq artisti Rasim Balayev işin peşəkarlara tapşırılmaması ilə əlaqələndirir:
“Bu gün serial zamanın tələbidir. Bədii filmlər çəkib tarixin arxivinə atmaqdansa bədii səviyyəsi yüksək olan serialların çəkilməsi daha yaxşı olardı. Heç olmasa bilərdik ki, gördüyümüz iş boşuna deyil, tamaşaçı baxa bilir. Bir də təkrar edirəm ki, bir şərtlə ki, serialı peşəkarlar çəksin və orda peşəkarlar çəkilsin. Rusiyada, Türkiyədə bu saat yüksək səviyyəli seriallar çəkilir və yayılır.”
Bu da o deyil
Bu saat “Xəzər” telekanalında yayımlanan “Aramızda qalsın” serialı əvvəlcə Türkiyə telekanalında yayımlanan “Cocuqlar duymasın” dizisinin bir nüsxəsi idi. Deyəsən, tənqidlərdən nəticə çıxardıb onu orijinallaşdırmaq istəyinə keçiblər. Amma hələ də digər yerli seriallara nisbətən populyar olan “Aramızda qalsın” komediya serialındakı mühit sadə azərbaycanlıya doğma deyil.
“Aramızda qalsın” serialında tamaşaçıya heç bir ciddi mesaj ötürülmür. Burda Azərbaycana, yaşadığımız cəmiyyətin problemlərinə aid nəsə tapmaq çətindir.
Nə olsun ki, serial komediya janrındadır. Ən ciddi fikirlər elə yumorun vasitəsi ilə deyilmirmi? Üstəlik problemlərin çox olduğu cəmiyyətdə yaşadığımızı nəzərə alsaq.
Hər halda bir başlanğıc var, qalır onun təkmilləşməsi. Ən əsası çörəyi çörəkçiyə verməkdir.
Ramilə QURBANLI

2535 dəfə oxunub
Oxşar xəbərlər
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024