Roman Viktyukun mətbuat konfransı

Roman Viktyukun mətbuat konfransı
23 avqust 2011
# 13:28
Avqustun 22-də “İnterfaks-Azərbaycan” mətbuat mərkəzində Rusiyanın məşhur teatr xadimi, rejissor Roman Viktyukun mətbuat konfransı keçirilib.
Tədbir zamanı Viktyuk bildirib ki, Azərbaycana “Üns” teatrı ilə yeni birgə layihənin başlaması ilə əlaqədar gəlib.
Layihənin məqsədi məşhur ispan dramaturqu Alexandro Kasonanın “Ağaclar əyilmədən ölür” adlı pyesi əsasında tamaşa qoymaqdan ibarətdir.
Rejissor qeyd edib ki, layihədə ən mühüm məqamlardan biri tamaşaya səhnədən uzaqlaşmış aktyorların cəlb edilməsindən ibarətdir.
“Bu barədə Leyla Şıxlinskaya ilə danışmışam, o, özünü yenidən səhnədə sınamaq imkanı əldə etməkdən çox şad idi. Şəfiqə Məmmədovanın da layihədə iştirak etməsini çox istərdim”, – deyə Viktyuk bildirib.
Rejissor tamaşanın təkcə “Üns” teatrında deyil, Rus Dram Teatrında və ya Azərbaycan Dram Teatrında da göstəriləcəyini deyib.
Mətbuat konfransında həmçinin məşhur Azərbaycanlı dirijor Yalçın Adıgözəlov da iştirak edib. O, sözügedən tamaşanın musiqi tərtibatına görə məsuliyyət daşıyır. “Biz tamaşanın musiqili müşaiyəti ilə bağlı bir çox variantlara baxırıq, amma düşünürəm ki, bu, hər-halda ispan musiqisi olacaq, belə ki, ispan musiqisi ruhən bizə çox yaxındır”, - deyə Adıgözəlov bildirib.
Roman Qriqoryeviç Viktyuk 28 oktyabr 1936-cı ildə Lvovda (Ukrayna) anadan olub. 1956-cı ildə Moskvada Dövlət Teatr İncəsənəti İnstitutunun aktyorluq fakultəsini bitirib.
# 1779 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

13:10 3 iyul 2026
Azərbaycan animasiyası Fransada təmsil olundu

Azərbaycan animasiyası Fransada təmsil olundu

17:30 1 iyul 2026
“Birgə film istehsalına dəstək müsabiqəsi”  elan edildi

“Birgə film istehsalına dəstək müsabiqəsi” elan edildi

12:49 1 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 1 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər