"Kinooperator" adı ləğv olundu - Qərar

"Kinooperator" adı ləğv olundu - Qərar
25 avqust 2021
# 13:18

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin növbəti iclası baş tutub və iclasda yeni qərar qəbul edilib.

Kulis.az xəbər verir ki, Gildiyanın İdarə Heyətinin 02 avqust 2021-ci il tarixli qərarına əsasən, kinooperatorların Sovetlər Birliyi dövründən qalmış “kinooperator” peşə adının “təsvir rejissoru” adı ilə əvəz olunması ilə bağlı, peşəkarlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparmış və bu qənaətə gəlmişdir ki, “operator” (latın) sözünün etimalogiyası, hər-hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – “quruluşçu kinooperatorun” (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir. Digər tərəfdən “operator” sözünün mənasının ümumi və unversal xarakter daşıdığından, məsələn – avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompyuter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti bütün bunları nəzərə alaraq, Gildiyanın Kinooperator bölməsinin – bu sahənin peşəkarlarının təklifini qəbul edərək qərara alıb:

  • Audiovizual əsərlərin (filmlərin) yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin “təsvir rejissoru” adlandırılmasını məqsədəuyğun hesab edilsin.
  • Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılsın.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev bildirib ki, bizım peşə adları ilə bağlı problemlərimiz çoxdur: “Bununla məşğul olmaq lazımdır. Bu qərar ilk addımdır. Mənə elə gəlir ki, hər sənətin peşəkarları özləri (təsvir rejissorları kimi) təşəbbüs göstərsələr daha düzgün olar”.

# 4745 dəfə oxunub

Oxşar xəbərlər

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
“Minions & Monsters”  ekranlara qayıtdı

“Minions & Monsters” ekranlara qayıtdı

18:00 29 oktyabr 2026
Liv Şrayber və Stiven Qrem yeni serialda

Liv Şrayber və Stiven Qrem yeni serialda

15:30 29 oktyabr 2026
Hollivudun klassik "kino qalası"  təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

Hollivudun klassik "kino qalası" təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

11:40 29 oktyabr 2026
Rüfət Əsədovun "Ananın duası"  sənədli filmi Moskva Yəhudi İcmasında  nümayiş olundu

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu

10:08 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər