"Cavid əsl mətn qoyub ortaya" - Kamal Abdulla

"Cavid əsl mətn qoyub ortaya"
 - Kamal Abdulla
3 dekabr 2023
# 12:55


Kulis.az Cavid Zeynallının Həmin işıqlı günlər adlı hekayəsi haqqında Xalq yazıçısı Kamal Abdullanın fikirlərini təqdim edir.


İlk olaraq görmək, ən azından hiss eləmək lazım idi ki, hekayədə hər şeydən əvvəl sirr var.
Sirr olandan sonra nə varsa, təfərrüatdır. Ona görə də sirri görə bilməyənlər burada öz ədəbi kredolarına uyğun çatışmazlıqlar axtaracaq.
Kimi gizli şəkildə sosial problemlərin yer almamasına toxunacaq, kimi birinci cümlənin qəribliyinə ağız büzəcək, kimi də qadının dəli olmasını gözləyəcək və bunu hekayədə tapmayacaq.
Açar söz isə bizim heç bir şeyi bəyənməməyi özlərinə silah etmiş "əzizi-mən"lərə özünü biruzə vermədi. Mən bir daha belə bir həqiqətə inandım ki, əsl mətn özü seçir kimin xoşuna gəlsin ya gəlməsin.
Cavid isə əsl mətn qoyub ortaya.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

# # #