Vergilinin, Servantesin, Coysun əlyazmaları və kitabları, dünya ədəbiyyatının möhtəşəm adlarının müəllifi olduğu yüzlərlə, minlərlə kitabla dolu əsl kitab dünyası… Ekonun məşhur kitabxanası… Sonsuz, bəlkə özünün belə təsəvvür etmədiyi dillərdə tərcümə edilib nəşr olunmuş əsərlərinin toplandığı «Studio»su… Bu kitabxananın bir guşəsi…

Onu bu kitablardan aralı təsəvvür eləmək müşkül işdir.

Umberto Eko xanımı ilə birgə Azərbaycana gəlməyə razılıq vermişdi. Əcəl imkan vermədi.

Ustad artıq əbədiyyətə qovuşdu. Qızılgül ləçəkləri torpağı olsun…