Qapım döyüldü - Nəsimi Əliyev

Nəsimi Əliyev

Nəsimi Əliyev

18 dekabr 2022
# 15:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Nəsimi Əliyevin "Qapım döyüldü" hekayəsini təqdim edir.

Kimsə qapımı döydü... Açmağa tələsdim...

Nə vaxtsa oynadığım oyuncaqlarımdan əl çəkib, məktəb illərində dərs edərkən istifadə etdiyim rəfə toxundum. Adətim üzrə tələbəlik illərində özümü akademik kimi hiss edib həzz aldığım masanın küncü yenə ayağımı cızdı. Bu mənə ayrılan otağın darısqallığından irəli gəlirdi.

Dəhlizdən keçərkən divardan asılmış ailə fotomuz gözümə başqa cür dəydi. O fotoda artıq yaşlıyam. Hamının mənə oxşatdığı kiçik qız nəvəmin təbəssümünü isə birə-bir şəhid olmuş böyük oğlumun təbəssümünə bənzətdim. Yaxınlıqdakı güzgüdə sifətimi gördüm. İllər işini görüb.
Qapım bir də döyüldü... Məni səslədilər.

# 2234 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #