Ata və oğulun dostluq hekayəsi - Amin Məmmədov

Ata və oğulun dostluq hekayəsi - Amin Məmmədov
13 dekabr 2022
# 12:40

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Amin Məmmədovun "Ata və oğulun dostluq hekayəsi" hekayəsini təqdim edir.

Cavan bir oğlan hər gün atasına deyərmiş: “Mənim də sənin kimi etibarlı dostlarım var.” Atası oğluna hər dəfə etiraz edərmiş ki, “insanın o qədər çox dostu ola bilməz, əsl dost ya bir olar ya da iki, amma bundan artıq həqiqi dost tapa bilməzsən...”

Bu söhbət davam etdikcə mübahisəyə çevrilirdi. Ata və oğul əsl dostu tanımaq qərarına gəlirlər. Bir axşam bir quzu kəsərək torbaya qoyurlar. Atası oğluna bu torbanı əsl dost dediklərinin evinə apar.

Torba qan içində idi, qan damlayırdı elə bil ki, bir adamı öldürüb kisəyə qoymuşdular. Gənc əsl dostu hesab etdiyi birinin evinə gedir, dırnaq arası dost qan damlayan kisəni görcək dərhal qapını bağladı, dostunu içəri buraxmadı. Beləliklə cavan oğlan bütün dostlarının evinə gedir ancaq heç biri onu evin qapısını belə açmadı.

Oğlan tamamilə sarsılmış vəziyyətdə atasının yanına gəlir və deyir:

“Ata, haqlısan heç kimə əsl dost yoxdur”. Ata ona etiraz edərək:

“Yox oğul, mənim bir dostum var, bu torbanı götür get onun yanına.”

Oğlan yenidən torbanı götürür və gedir atasının dostunun evinə. Atasının dostu onu görüb çox sevinir, oğlanı dərhal içəri dəvət edir. Evinin arxasındakı həyətdə kisəni yoxlamadan basdırır və yeri bilinməsin deyə üzərinə turp əkir. Oğlan atasının yanına gəlir və atasına deyir: “bax bu əsl dostdur.”

Atası deyir: “tələsmə oğul hələ bilmək olmaz... Sən sabah get, orda bir dava elə, ona şillə vur, çəkinmə. Sonra gəl olanları mənə danış”. Gənc atasının dediklərini edir. İstəməsə də atasının dostuna şillə vurur. Şillə yeyən əsl dost isə cavabında belə deyir: “Get atana de ki, biz bir turp tarlasını şilləyə görə satmarıq!”


# 23154 dəfə oxunub

Müəllifin son yazıları

# # #