"İlin hekayəsi" müsabiqəsində onlayn səsvermə başladı!

"İlin hekayəsi" müsabiqəsində onlayn səsvermə başladı!
19 dekabr 2022
# 18:45

"İlin hekayəsi” müsabiqəsində onlayn səsvermə başladı.

Kulis.az xəbər verir ki, müsabiqədə 128 hekayə iştirak edir. Münsiflərin hekayələri qiymətləndirmə mərhələsi artıq başa çatıb. Bütün hekayələr saytımızın "İlin hekayəsi" bölməsində yayımlanıb.

Onlayn səsvermə ilə oxucular bəyəndikləri hekayəyə səs verə bilər. Oxucuların ən çox səsini toplayan hekayə xüsusi mükafata layiq görüləcək.

Qalib olacaq hekayə müəllifi Smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Onlayn səsvermə dekabrın 26-na kimi davam edəcək. Qalibin adı 26 dekabr saat 18-00 da "Libraff" kitab mağazalar şəbəkəsində (Elmlər filialı) keçiriləcək mükafatlandırma mərasimində açıqlancaq.

# 1600 dəfə oxunub

Müəllifin son yazıları

# # #