Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər
2 sentyabr 2022
# 17:00

Kulis.az Ümid Nəccarinin tərcüməsində Səidə Həsənpurun şeirlərini təqdim edir.

Şair, tərcüməçi Səidə Həsənpur 1989-cu ildə Güney Azərbaycanın Qaradağ bölgəsində anadan olub. İngilis dili və ədəbiyyatı üzrə təhsil alıb. “Qodonun intizarında” (Waiting for Godot) — irland dramaturq Semuel Bekketin pyesini ingiliscədən Azərbaycan dilinə tərcümə edib.

***

Axı, o bir qadındır...

Öz özəlliyindən özgə,
özgələşir,
özgə baxışlarda…
Köksündə olsa da Azadlıq həvəsi,
bəslənir hər addımında tən qəfəsi.
Hər sabah-axşam
ağlayır gözəlliklərini,
gizləyir öz əlləri ilə
öz tənini...

***


Kölgələr olduqca tanışdırlar mənə,
Hara getdim, mənimlə gəldilər,
səssiz-səmirsiz qaratdılar məni
indi isə,
onların qumaşına dönmüşəm,
hər zamandan daha mübhəm...

məchul

***

Həyat yollarında yeridikcə
daha incəlib,
daha əriyirsən.
Sən kiçilmirsən
ancaq,
Prespektivlərin amacına dönürsən.

***

Böyük bir yalan idi,
həyat...
Ortaya çıxardım,
indi isə,
Bir ömürdür
Zəncirlərlə qara quyular
dustağıyam...


***

Gahdan qərib bir nisgil
hopur canına,
boşalır için,
sanki köçürsən,
özün özündən…
Gahdan da diz çokürsən,
Özün öz qarşında,
Özünə yalvarmağın gəlir,
baş götürüb
üzü şəhərlərə sarı.
qapı-qapı özünü
axtarmağın gəlir...

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

17:00 16 yanvar 2024
Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

10:40 11 may 2023
Qapımı döydü polis - Güneydən yeni şeirlər

Qapımı döydü polis - Güneydən yeni şeirlər

17:09 30 mart 2023
Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

16:00 18 mart 2023
Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

17:00 13 oktyabr 2022
“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

15:00 26 avqust 2022
# # #