“Təhminə”nin Spartakı: “Sevgimi də, nifrətimi də açıq deyirəm”

“Təhminə”nin Spartakı: “Sevgimi də, nifrətimi də açıq deyirəm”
12 yanvar 2015
# 08:45

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis. az Prustun suallarını əməkdar artist Füzuli Hüseynova ünvanlayıb.

1. Ən sevdiyiniz söz...

- Ay can.

2. Nifrət etdiyiniz söz...

- Yox.

3. Sizi nə həyəcanlandıra bilər?

- Xanım baxışı.

4. Həyəcanınızı nə öldürə bilər?

- Soyuq məntiq.

5. Hansı səsi çox sevirsiniz?

- Təbiətin səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- Həyasızların səsinə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Hüquqşünas və yaxud həkim.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Dünyanı düzəldə bilmək istedadına.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Özüm olmaq.

10. Harda yaşamaq istərdiniz?

- Yaşıl dağ başında, ya da qalın meşədə bulaq yanında.

11. Başlıca çatışmazlığınız nədir?

- Nifrətimi, ya sevgimi açıqca bildirməyim.

12. Ən çox bəyəndiyiniz pis cəhətiniz...

- Haqqı sevməyim.

13. Qəhrəmanınız kimdir?

- Özüm.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Rusca olan bütün söyüşlər.

15. Hazırkı əhvalınız (ovqatınız) necədir?

- Babat.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Maksimum həqiqət.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Ölmək.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Özünə hesabat verə bilməmək.

19. Necə ölmək istəyərdiniz?

- Sakit...

20. Öləndə cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Hardasan alaaa?

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #