Çirkin olduğuna görə sevgilisi tərk etdi

Çirkin olduğuna görə sevgilisi tərk etdi
6 iyul 2015
# 07:30

1871-ci il 14 oktyabrda Avstriyanın Vyana şəhərində çox fərqli mədəniyyətlərdən ibarət ailədə bir uşaq dünyaya gəldi. Bu uşaq məşhur bəstəkar və drijor Aleksandr von Zemlinski idi.

Onun babası Anton Semlinski Macarıstandan Avstriyaya köçüb və yerli qadınla ailə həyatı qurub. Onlar ikisi də Roma Katolik kilsəsinə bağlı olan ailələrdən idi. Atası Adolf da katolik idi. Anası Seferadın isə atası yəhudi, anası bosniyalı müsəlman qadın idi. Aleksandrın bütün ailəsi daha sonra yəhudiliyə bağlı olub. Buna görə, o da yəhudi ailənin oğlu olaraq dünyaya gəlib.

Atası adlarına daha aristokrat olan ''von'' bağlayıcısını artırsa da bu, nə ona, nə də ailəsini ucalıq gətirib. Özü daha sonra soyadını ''Z'' hərfi ilə yazmağa başlayıb.

Yaradıcılığı

Aleksandr gənc yaşda piano çalmağa başlayıb, tətillərdə isə sinaqoqlarda orqan çalıb. 1884-cü ildə Vyana Konservatoriyasına qəbul edilən Zemlinski Anton Door ilə piano dərslərini çalışıb. O, 1890-cı ildə konservatoriyanın piano yarışını qazanıb. 1892-ci ilə qədər Robert Fuksla nəzəriyyə, İohan Nepomuk Fuks və Anton Bruknerlə kompozisiya çalışmalarına davam edib.

O dövrlərdə Zemlinskinin İohan Brams kimi çox önəmli dəstəkçisi var idi. 1893-cü ildə müəllimi İohan Nepomuk Fuksun dəvəti ilə Brams Zemlinskinin “re minor” simfoniyasının ilk səsləndirilməsində iştirak edib və çox bəyənib. Brams Zemlinskinin musiqisindən çox təsirlənirdi. Zemlinski 1895-ci ildə Arnold Şöenberqlə tanış olur və daha sonra bu tanışlıq dostluğa çevrilir. Daha sonra Şöenberqlə Zemlinskinin bacısı Mathilde evlənib.

Şöenberqin musiqi müəllimi yalnız Zemlinski olub. 1897-ci ildə “Si-bemol Majör 2-ci simfoniya” Vyanada səsləndirilib və böyük müvəffəqiyyət qazanıb. 1900-cü ildə Qustav Malerin ''Es war einmal'' (“Bir Zamanlar”) operasını ilk olaraq təmsil etməsinin bəstəkar kimi etibarının artmasına böyük qatqısı olub.

Erkən dövr əsərlərində romantik dövrün xüsusiyyətləri özünü göstərir, xüsusilə Bramsdan çox təsirləndiyi bəstələrində açıq-aşkar hiss olunurdu. Daha sonrakı əsərləri XX əsrin təsirilə yazılıb. Yaşadığı dövrdə kifayət qədər məşhur bəstəkar olmaması sonrakı dövrlərdə də özünü büruzə verib. Belə ki, Zemlinskinin əsərləri dövrümüzdə də tez-tez səsləndirilmir. Zamanında bir çox məşhur bəstəkarlar tərəfindən təqdir edilib, Motsartın əsərlərinə diqqət çəkən şərhlər verməsi xaricində həm də Maler, Şöenberq və bir çox başqa müasir bəstəkarların əsərlərini idarə edib. Şagirdləri arasında Şöenberqdən əlavə, Erix Volfqanq Kornqold, Hans Krasa və Karl Veyl kimi əhəmiyyətli adlar də var.

Əsərləri, özəlliklə də operaları içərisində çox müvəffəqiyyətli bəstələri var. Ən tanınmış əsəri “Lirik Simfoniya”sıdır (1923). “Die Seejungfrau” (Balaca dəniz qızı) adlı simfonik şeiri (1905), iki simfoniya (1892-1897), “Sinfonietta” (1934), orkestr üçün üç balet əsəri, “Eine florentinische Tragödie” (“Bir Florensiya Faciəsi”, 1915-16), “Der Zwerge” (“Cücə”, 1919-1921) adlı operaları, dörd simli kvarteti, klarnetli trio, solo piano üçün musiqi hissələri, orkestr üçün parçalar ən əhəmiyyətli əsərləri sırasındadır.

Şəxsi həyatı

Zemlinski 1900-cü ildə şagirdi Alma Şlindlerə qarşı böyük eşq bəsləyib. Zamanla bu sevgi qarşılıqlı olub. Amma Alma Şlindler ailəsi və dostlarının kəskin təzyiq göstərməsi ilə bu əlaqəyə son verib. Bunun əsas səbəbi Aleksandrın çox məşhur olmaması və fiziki olaraq çirkin olması idi. Bu münasibətdən sonra Alma Şlindler 1902-ci ildə məşhur bəstəkar Qustav Malerlə evləndi. Zemlinski isə 1907-ci ildə Quttmanla ailə həyatı qurdu. Amma bu evlilik onu xoşbəxt etmədi və 1929-cu il Quttmanın ölümünə qədər davam etdi. 1930-cu ildə Zemlinski özündən 29 yaş kiçik olan Luis Saşellə evləndi. 1941-ci ilə qədər davam edən evlilik sayəsində isə Zemlinski əvvəlkindən daha xoşbəxt idi.

Bəstəkarın ölümü

Zemlinski 1933-cü ildə Alman Nasist Partiyasının yüksəlməsindən sonra Vyanaya qaçdı. Ancaq bəstəkarlıqdan əlavə heç bir rəsmi vəzifədə çalışmadı. 1938-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-Yorka ştatına yerləşib. Digər immiqrant Şöenberqlə birlikdə 1930-40-cı illərdə Los-Anceles və Kaliforniya universitetlərində müvəffəqiyyətli və qazanclı işlərdə çalışdı. Buna baxmayaraq, burada tanınmayan və laqeydliklə yanaşılan biri kimi yaşamağa davam edirdi. Daha sonra səhhətində problem yaşayan Zemlinski bəstəkarlığa son vermək məcburiyyətində qalıb.

İflic keçirən bəstəkar 1942-ci ildə Nyo-Yorkda sətəlcəm xəstəliyi səbəbindən vəfat edib.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #