Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü

Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü
6 may 2026
# 14:22

Mərhum rusiyalı müğənni Janna Friskenin bacısı Natalya sənətçinin qəbiristanlıqdakı şəklini yenisi ilə əvəzləyib.

Kulis.az xəbər verir ki, bu barədə bloqer özünün "Teleqram" kanalında məlumat paylaşıb:

"Mən Hindistanda olarkən çoxları mənə yazırdı ki, şəkil zərər görüb. Bu gün artıq yeni şəkli gətirib qoydular. Təşəkkür edirəm".

Natalya Friskenin ehtimalına görə, bacısının şəkli hələ qış aylarında korlanıb. O düşünür ki, kimsə şəklin yerini dəyişməyə və ya tərpətməyə çalışıb.

Uğurlu karyera və vaxtsız ölüm

Qeyd edək ki, məşhur müğənni Janna Friske 2015-ci il iyunun 15-də beyin şişi səbəbindən dünyasını dəyişib. Sənətçi "Blestyaşiye" qrupunun tərkibində çıxış edərək böyük şöhrət qazanmışdı. O, 2001-ci ildə hələ qrupda ikən "Leçu v temnotu" ("Qaranlığa uçuram") kompozisiyasına ilk solo klipini çəkdirmiş, iki il sonra isə kollektivi tərk etmişdi. 2005-ci ildə sənətçinin "Janna" adlı debüt solo albomu pərəstişkarlarına təqdim olunmuşdu.

Bacı itkisi və ardınca gələn faciə

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Natalya Friske bacısı Jannanın vəfatı ərəfəsində ikinci dəfə uşaq saldığını etiraf etmişdi. Bloqer hamilə olduğunu müğənninin ölümündən cəmi iki gün əvvəl – sənətçi komada olarkən öyrənmişdi.

O, bacısının ağır vəziyyətinə görə çox sarsıldığını bildirsə də, dölə zərər verməmək üçün özünü idarə etməyə və sakitləşdirməyə çalışıb. Lakin bacısının ölüm xəbərindən sonra keçirdiyi şiddətli stres fonunda gənc qadın övladını itirib.

# 852 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər