Bu qoyunla o qadın adaşdır

Bu qoyunla o qadın adaşdır
28 sentyabr 2013
# 07:30

Dünyada klonlaşdırma ilə bağlı qaynar mübahisələr getdiyi bir vaxtda insanlar gizli-gizli klon edirlər. Əlbəttə bu mütəmadi olmur, əsasən çoxziqotlu əkizlərdə istifadə olunur.

Klonlaşdırmanın qeyri-təbii və süni olduğunu iddia edənlər biologiyadan xəbərsizdirlər. Bitkilərin vegetativ çoxalmasının müxtəlif növləri, həşəratların, kərtənkələlərin, xərçəngkimilərin qeyri-cinsi yolla çoxalmaları təbii klonlaşdırmanın təbii növlərindəndi.

“Klon” termini ilk dəfə bağçılıqda istifadə olunmuşdur. Toxumla deyil, veqetativ yolla çoxalan bitkidən əmələ gələn yeni bitkiyə verilən addır. Sonradan bu termini bakterioloqlar və bioloqlar istifadə etməyə başlayıblar. Daha sonralar klonlaşdırma texnologiyası nəticəsində əmələ gələn bütün orqanizmə klon adı verildi. 20 il əvvəl insanın klonlaşdırılması gündəmə gəldikdə isə termin elmilikdən çıxaraq cəmiyyətdə və KİV-lərdə geniş istifadə olunmağa başlandı.

Keçmiş SSRİ-də insan klonu ilə 10 il tez tanış olublar. O da “Tikanlıqdan ulduzlara” fantastik filminə görə olub. O filmin birinci seriyası belə də adlanırdı: “Niyya – süni insan”. Dessa planetindən olan professor Qlan siyasətçi dostu Rakanın genlərindən biokütlədən kamil insan yaratmaq üçün istifadə edir. Demək olar ki, Rakanın klonlarını hazırlayır.

Başqa məşhur kinoklonlardan “Beşinci element”də Milo Yovoviçin canlandırdığı Lilanı yada salmaq olar. O Yerdə qədim gəlmə yadplanetlilər mondoşavanların DNT-sindən klonlanmış gözəl, kürən qız idi.

Elen Ripli (“Yad4: Dirilmə”, Siqurni Uiver) – keçmiş insan, klonlaşdırma zamanı baş verən genqarışdırılması zamanı insanla yadplanetli irq Yadlardan əmələ gəlmiş genetik hibrid.

Sem Bell (“Ay2112”, Sem Rokuell)- Ayda mədənçıxarma kompleksində müqavilə ilə çalışan onlarla klondan biri.

Linkoln Altı və Cordan İki – Delta (“Ada”, Yuen Mak Qreqor və Skarlett Yohansson) – orqan transplantasiyası üçün onlarla klonun hazırlandığı yeraltı kompleksdən qaçmış iki klon.

Ən irimiqyaslı klonlaşdırmanı Corc Lukasın əfsanəvi filmi “Ulduz savaşları” saqasının ikinci epizodunda, “Klonların hücumu”nda görmək olar. Burda bir insandan hazırlanmış milyonlarla klon Respublikasnın Böyük Ordusunu təşkil edirlər və onlar Qalaktika Respublikasını uzaq bir qalaktikanın üzündən silirlər.

Hazırda insanın klonlaşdırılması təcrübi olaraq insanın identik surətini hazırlamaq gücündə deyil. Nəzəri olaraq insanı fizioloji olaraq surətini çıxarmaq mümkündür, amma insan ağlının surətini çıxarmaq mümkün deyil. Bundan başqa bu cür işlər klonlaşdırma zamanı ağlagəlməz genetik dəyişikliklərə yola aça bilər, bu da insanın bioloji təhlükə qarşısında qoyur.

Yan Vilmutun rəhbərlik etdiyi qrup dünyada ilk dəfə qoyunun klonunu yaratdı. Bu klon süd vəzisinin hüceyrəsindən yaradılmışdı. Vilmut qoyuna süd vəziləri ilə bağlı ləqəb qoymalı idi. Vilmutun ağlına öz sinəsi ilə məşhur olan ABŞ müğənnisi Dolli Patrondan başqa bir şey gəlmədiyindən qoyuna onun adını verirlər.

Alimlər iddia edirlər ki, salamat qalmış DNT-lər əsasında Yer üzündən silinmiş, nəsli kəsilmiş heyvan və bitki növlərini klonlaşdırıb bərpa etmək mümkündür. Bunun nəticəsində tasman pələngini, uça bilməyən quş drontu, 2012 ci ildə nəsli kəsilmiş yarımnöv qolopoqoss tısbağasının və başqa nəsli kəsilmiş heyvanların, hətta mamontun nəslini bərpa etmək mümkündür.

2008-ci ildə rus həkim Viktor Yarovoy yeni psixi pozuntunu müəyyənləşdirib. “Bionalizm” klonlaşmış insanlardan və onların insanlar üzərindəki üstünlüyündən qorxanlara verilən addır.

# 4937 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #