Onları fahişəliyə məcbur edir, zorlayırdılar

Onları fahişəliyə məcbur edir, zorlayırdılar
11 dekabr 2014
# 09:15

Kulis.az alman konslagerləri haqqında 10 maraqlı faktı təqdim edir.

- Nasist Almaniyasında həbs düşərgələri insanları təcrid etmək və kütləvi şəkildə məhv etmək üçün nəzərdə tutulmuşdu. Əvvəlcə konslagerlər siyasi məhbuslar və rejim əleyhdarlarını saxlamaq üçün nəzərdə tutulsa da sonradan milyonlarla insan üçün soyqırımı və terror maşınına çevrildi. İrqçilik, dini və başqa motivlərdə təqib edilən insanlar konslagerlərdə məhv edildi.

- Üçüncü Reyxin və nasistlər tərəfindən işğal edilmiş ölkələrin ərazilərində 14 033 məntəqə mövcud idi. Burada minlərlə insan saxlanılır və müntəzəm şəkildə məhv edilirdi. Bu məntəqələr konslagerlər, onların filialları, həbsxanalar, getto və sairdən ibarət idi.

- Nasistlərin ən məşhur və böyük həbs düşərgəsi Almaniyada yerləşən Dahau və Buhenvald həbs düşərgəsi, həmçinin Polşada yerləşən Osventsim konslageri idi.

- Üçüncü Reyxinin ən köhnə həbs düşərgəsi hesab olunan Dahau həbs düşərgəsi Münhenin yaxınlığındakı eyni adlı şəhərciyin kənarında 1933-cü ildə tikilmişdi.

- Konslager və ölüm düşərgələrinə əsasən yəhudilər, qaraçılar, alman siyasi dustaqları, antifaşistlər, Müqavimət hərəkatının üzvləri, hərbi əsirlər, həmçinin nasistlər tərəfindən təqiblərə məruz qalanlar yerləşdirilirdilər.

- Həbs düşərgələri, konslager və ölüm düşərgələrində 18 milyon insan saxlanılıb. Onlardan təxminən 11 milyonu məhv edilib. 6 milyon yəhudi isə düşərgələr azad olunana qədər davam gətirə bilməyərək ölüb.

- İnsanları krematoriyalarda diri-diri yandırılır, qaz kameralarında zəhərləyərək öldürür, yandırıcı bomba və raketləri üzərlərində sınayırdılar. Bundan başqa əldən düşənə qədər ağır əməklə məşğul olmağa məcbur edir, ac saxlayırdılar. Fahişəliklə məşğul olmağa məcbur edir, zorlayırdılar.

- Nasist düşərgələrində olan insanların üzərində həmçinin amansız təcrübələr aparılırdı. Dustaqları süni dondurur, onların üzərində müxtəlif dərmanları sınayır, qəsdən malyariyaya, səpmə yatalağa, yoluxucu sarılığa yoluxduraraq zəhərin təsirini yoxlayırdılar. Alman həkimləri dustaqlar üzərində cərrahiyə əməliyyatları edərək təcrübə keçirdilər.

- Həbs düşərgələrinin məşhur məhbusları arasında Avstriya kansleri Kurt Şuşniq, avstriyalı psixoloq Viktor Frankl, 1992-ci il fizika üzrə Nobel mükafatı laureatı Corc Şarpak, polşalı katolik keşiş-fransiskanı, müqəddəs əzabkeşlərin sırasına daxil olmuş Maksimilian Kolbe, Polşa şair və nasiri Taeduş Borovski və başqaları var idi. Şuşniq, Frankl, Şarpak və Borovski sağ qalsa da Kolbe başqa dustağı xilas etmək üçün ölümə gedib.

- Dustaqların faşist həbs düşərgələrindən azad olması beynəlxalq günü 11 fevral hesab olunur. 1945-ci ilin həmin günü müttəfiqlərin ordularının yaxınlaşdığını görən Buhenvald həbs düşərgəsi dustaqları üsyan ediblər. Onlar 200 mühafizəçini silahsızlaşdıraraq əsir götürüblər. Amerikalıların ordusu gələndə düşərgə artıq dustaqların nəzarətində imiş.

Mənbə: Materialın hazırlanmasında Birləşmiş Millətlər Təşkilatı və ABŞ Hlokost Memorial Muzeyinin saytlarının məlumatlarından istifadə olunub.

# 3410 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #