“Troya” filmində görünən təyyarə

“Troya” filmində görünən təyyarə
7 dekabr 2013
# 08:30

Elə məşhur filmlər var ki, dəfələrlə baxsaq da onlardakı nöqsanları görə bilməmişik. Təkcə “Titanik” filmində 200-dən çox səhv olduğu deyilir. Ən yaxşı filmlərdən biri hesab olunan “Apokalipsis”də isə 391 xəta var. Bəs başqa hansı filmlərdə bilmədiyimiz xətalar var? Kulis.Az məşhur filmlərdəki xətalar haqqında maraqlı faktları təqdim edir.

Terminator 3 – avtomobilin parpressi qəfil yoxa çıxır.

“Herri Porter və sirlər otağı” – parikin altından saçın görünməsi. Filmin son səhnələrindən birində Lucius Malfoyun saçları arxaya uçanda sarı parikin altından tünd rəngli saçı görünür.

Terminator 3 – Təyyarənin nömrəsi dəyişir. Əvvəl N3035C olan nömrə, sonradan N3973F olaraq dəyişir.

Üzüklərin hökmdarı – at arabasındakı ləvazimatların yerləri dəyişir.

Terminator 2 –: Məhşər günü, vertolyotula T-1000-in toqquşması zamanı vertolyotun şüşəsi dəlinir. Dərhal sonrakı səhnədə şüşədəki dəlik yox olur.

Karib dənizinin quldurları- Filmin çəkiliş heyətinin görünməsi. Jack Sparrow’un həmsöhbəti ilə dialoqunda görüntünün sol hissəsində Cekin çiyninin üstünə baxdığımız zaman kovboy şlyapasında, futbolka geyinib və günəş eynəkli taxmış film heyətini görmək olar.

“Hörümçək adam 3 – Dəliyin kiçilməsi. Şəkildən də göründüyü kimi sol qol tərəfdə dəlik yuxarıdakı şəkildə böyük olsa da aşağıdakı şəkildə kiçilir.

Yaxşı, pis və zalım – Kəndirin yer dəyişməsi. Blondun Tukonu çöldə qoyub getdiyi səhnədə Tukonun boynundakı kəndirə diqqətlə baxsaq görərik ki, onun boynundakı kəndir gah boğazından sallanır, gah da çiynindən arxaya düşür.

Üzüklərin hökmdarı: Kralın qayıdışı – yaranın yerdəyişməsi. Filmin ikinci hissəsində Frodonun sağ yanağındakı yara sonrakı səhnədə sol yanağında görünür. Sonrakı səhnələrdə yaranın böyüyüb kiçildiyini də görə bilirik.

Troya- Filmin çəkilişi zamanı səmada uçan təyyarə gözdən qaçır.

Karib dənizinin quldurları – Coni Deppin başına taxdığı bandanada “Adidas” firmasının etiketi görünür.

Amerika piroqu- Qızın əlindəki stəkanın rəngi dəyişir. Qız əvvəlcə pivə içirsə sonradan bu mavi içki olur.

# 4772 dəfə oxunub

Müəllifin son yazıları

# # #