Heminqueyin iş rejimi və gənc yazarlara tövsiyələr

Heminqueyin iş rejimi və gənc yazarlara tövsiyələr
3 dekabr 2012
# 12:41

Bir kitab, ya da hekayə üstündə işləyərkən hər sabah ətraf işıqlanmağa başlayan kimi yazmağa başlayıram.

Əgər yazmaq istəyirsinizsə heç kəs sizə mane ola bilməyəcək və havanın soyuq, ya da isti olmasının da önəmi olmayacaq. İşimə aludə olub şövqlə yazaram. Yazdıqlarımı oxuyar, adətən növbəti səhnədə nə baş verəcəyini bildiyim zaman ara verdiyim üçün burdan davam edərəm.

Nə edəcəyimi və sonra nə olacağını bildiyim hissəyə qədər yazaram, orda bitirərəm və yazdıqlarımla yenidən mübarizə edəcəyim ertəsi günə qədər yaşayaram.

Yazmağa səhər 6-da başlayır, nahara və ondan bir az sonraya qədər davam edirəm. Ara verdiyim zaman boş oluram və eyni zamanda bu boşluğu doldurmağa çalışıram. Aşiq olduğunuz vaxt birinə özünüzü bəyəndirməyə çalışdığınız kimi bu boşluğu dəyərləndirməyə çalışaram.

Ertəsi gün yenə yazmağa başlayana qədər bəzən hər şey mənasız gələ bilər. Ertəsi günə qədər gözləmək, bacara biləcəyim ən çətin işdir.

Gənc yazıçıya bəzi tövsiyələr.

-Qısa cümlələr yaz. Hər zaman qısa cümləylə başla. Dinamik bir dilin olsun. Pozitiv ol, neqativ olma.

-İşlətdiyin dil yaşadığın zamana aid olmalıdı, yoxsa bir işə yaramaz.

-Sifətlərin həddindən artıq işlənməsindən vaz keç; xüsusilə də “böyük, möhtəşəm, inanılmaz” kimi qeyri-adi sözlərdən.

-Həqiqətən bacarığı olan və demək istədiyi şeylər haqqında səmimiyyətlə hiss etdiklərini yazan biri bu qaydalara uyarsa pis şey yaza bilməz.

-Yaza bilmək üçün mən ilk dəfə yazmağa başladığım o otel otağındakı yalnızlığımı yadıma salıram. Sən də hamıya bir oteldə qaldığını söylə, amma başqa bir oteldə qal. Yerini öyrənsələr özünü təbiət qoynuna at. Orda da səni taparlarsa gedə biləcəyin ehtiyat bir yerin həmişə olsun. Bütün gün çalış, o qədər çalış ki, artıq edə biləcəyin iş gündəlik qəzetləri oxumaq olsun. Sonra bir şey ye, tennis oyna, ya da heç bir şey etmə. Yaxud da yalnız bağırsaqlarını işlədə biləcək qədər yorulana kimi bir iş gör və ertəsi gün yenə yazmağa başla.

-Yazarlar təkbaşına işləmək məcburiyyətindədilər. Ancaq sonda əsərlərini bitirən kimi özlərini göstərmələri vacibdir. Amma çox olmaz. Yoxsa nyu yorklu yazarlara çevrilərlər. Bir şüşənin içində yaşayan soxulcanlar kimi bir-birləriylə və şüşəylə olan münasibətlərindən qaynaqlanarlar. O şüşənin bəzən artistik xüsusiyyəti olur, bəzən iqtisadi, bəzən isə dini. Bir dəfə şüşənin içinə düşdülərmi, həmişə orada qalarlar. Özlərini şüşədən kənarda yalnız hiss edərlər. Özlərini yalnız hiss etməyi istəməzlər. İnandıqları şeylərdə yalnız olmaqları onları qorxudar. ...

-Bəzən yazmaq mənə çətin gələndə ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyuram və o zaman onları yazmağın çətin hətta imkansız olduğunu xatırlayıram.

-Bir yazar əgər həqiqətən də işə yarayan yazardırsa, hər şeyi olduğu kimi yazmaz. İcad edər, ya da özündən uydurar; fərdi və ya fərdi olmayan məlumatlardan yola çıxaraq bunu edər.

# 2482 dəfə oxunub

Müəllifin son yazıları

# # #