Tolstoy hansı əsərini cəfəngiyat adlandırırdı?

Tolstoy hansı əsərini cəfəngiyat adlandırırdı?
29 sentyabr 2016
# 09:00

Kulis.az “Hərb və sülh” necə yazıldı?” məqaləsini təqdim edir.

1856-cı ildə Tolstoy uzun illər sürgündə yaşayandan sonra nəhayət vətəninə qayıdan qoca dekabrist haqqında povest yazmağa başlayır. Roman üzərində iş 1869-cu ildə yekunlaşsa da, hadisələr dekabristlərin üsyanından çox əvvəl bitirdi. O zaman bu necə roman idi?

Sibirdən Boradinoya

Roman ilkin variantda “Dekabristlər” adlanırdı. Əsərdə hadisələr Tolstoyun onu yazdığı 1856-cı ildə başlayırdı. Süjetin mərkəzində də 30 illik Sibir sürgünündən sonra ailəsi ilə Moskvaya qayıdan dekabrist Pyer Bezuxov dayanırdı. Amma əsl perfektsionist kimi Tolstoy başlanğıc üçün oxucuları qəhrəmanın keçmişinə - 1825-ci ilə aparmaq istəyir. Sonra bu da azlıq edir; çünki dekabristlər üsyanının baş verdiyi ildə qəhrəman artıq formalaşmış şəxsiyyət idi və bu şəxsiyyətin necə formalaşdığını başa düşmək üçün bir az da dərinə - onun keçmişinə getmək lazım idi. Bundan da nə alındı, siz bilirsiz.

Maraqlıdır ki, Tolstoy “Hərb və sülh”ün artıq günümüzə gəlib çatmış forması üzərində işləyərkən belə bunu əsas hekayətin əvvəli hesab edirdi. Eyni şey demək olar Dostyovesinin də başına gəlmişdi: O özünün “Karamazov qardaşları” romanını Alyoşa Karamazovun həyatı haqqında olan “böyük” romanın başlanğıcı hesab edirdi. Təəssüf ki, ölüm yazıçının bu arzusunu ürəyində qoydu. Tolstoy “Hərb və sülh” və “Anna Karenina”dan sonra bir neçə dəfə “Dekabrsitlər”ə qayıtmaq istəsə də o əsərdən yalnız ilk üç fəsil bizə gəlib çatıb.

Diqqətini Vətəndaş müharibəsinə yönəldən Tolstoy demək olar ki, hər iki cəbhədən bütün şahidlərin xatirələrini oxuyur (Napoleondan tutmuş Denis Davıdova qədər), 1812-ci il hadisələri haqqında tarixi və bədii əsərlərdən ibarət bir kitabxana kitab yığır, o dövrün qəzet və jurnallarını öyrənməyə xeyli vaxt sərf edir.

Bununla belə oxuduqlarından razı qalmır. Heç bir əsərdə hadisələrə obyektiv yanaşmaya rast gəlmir, bəziləri I Aleksandrın qarşısında təzim edir, digərləri Napoleonu öyürdülər. Buna baxmayaraq tarixçilərin zəhməti işə yarayır: Tolstoy bunların arasından həqiqi tarixi sənədləri seçib götürür: sərəncamlar, hərbi dispozisiyalar (qoşunun döyüşə hazır vəziyyəti), döyüş planları, I Aleksandr və Napoleonun şəxsi məktubları, Kutuzovun yazışmalarından fraqmentlər. Bunlar romanı daha canlı edən detallardı.

Yazıçı sənədli mənbələrlə kifayətlənəsi olmur. Borodinoya gedən qraf ordan həyat yoldaşına yazırdı: “Bu səfərdən çox razı qaldım... Təki Allah mənə can sağlığı və rahatlıq nəsib etsin, elə bir Borodino döyüşü yazacam ki, beləsi heç vaxt olmayıb”. O, yerli şəraiti öyrənək ətraf kəndlər də daxil olmaqla ərazinin geniş sxemini və günəşin hərəkət trayektoriyasının sxemini çəkir.

15 müqəddimə, 55 personaj

Tosltoy personajları da bu cür incəliklə öyrənirdi. Araşdırmaçılar romanda 559 personaj sayıblar. Onlardan iki yüzü həqiqətən yaşamış tarixi şəxsiyyətlər olub, qalanlarının da prototipləri var idi: misal üçün, Nikolay Rostovun dostu Vasili Denisov məşhur partizan Denis Davıdovun bənzəri idi, Rastovlar ailəsinin yaxını Mariya Dmitrievna Axrosimova daha çox keçmiş general-mayor xanımı Nastasya Dmitrevna Ofrosimovu xatırladır, qoca knyaz Nikolay Andreyeviç Bolkonskiy Tosltoyun ana tərəfdən babasının cizgilərini əks etdirir. Bolkonskinin qızı və knyaz Andreyin bacısı knyajna Marini isə bir çox araşdırmaçılar Tolstoyun anası Mariya Nikolayevna Volkonski ilə müqayisə edirlər. Yazıçı anasını xatırlamırdı, o, Tolstoy hələ iki yaşına qədəm basmamışdan ölmüşdü, bununla belə həyatı boyu anasını ehtiramla xatırlayıb.

Bütün personajlara ad vermək üçün (Bu sizə o qədər də asan görünməsin, bir dənə yoxlayın, görün beş yüz familiya fikirləşib tapa bilərsiz?) Tolstoy ya real mövcud olan familiyalardan (Razumovskilər, Meşerskilər, Lopuxinlər) faydalanırdı, ya da onları azca dəyişirdi. Beləliklə Bolkonskiy (Volkonskiy), Drubeskoy (Trubeskoy), Kuraqin (Kurakin), Doloxov (Doroxov) familiyaları meydana gəldi.

O, roman üzərində uzun müddət əziyyət çəkdi. Xüsusən əsərin əvvəlini yazmaq çətin idi: Tosltoyun arxivlərində 15-dən çox müqəddimə nümunəsi saxlanılır. Bəzi səhifələri isə yüz dəfə yazıb (qaralamaları bunu təsdiq edir). O, ürəyi istədiyi kimi yaza bilmədiyi üçün kitabdan dəfələrə vaz keçməli olmuşdu. Belə genişmiqyaslı fikrin tarixi romançılığın ənənəvi çərçivələrində verilməsi uyğunsuz idi, yeni forma tapmaq gərəkdi. O, bunu “roman-epopeya” adlandırdı.

“Bu tamamilə artıqdı, özü də adama pis təsir edir...”

“Hərb və sülh”ün birinci hissəsi çapdan çıxanda (onda adı “1805-ci il” idi) bir çox oxucu və tənqidçilər Fransız dilinin və fəlsəfi haşiyələrin çoxluğundan şikayətləndilər. “Fransızca söhbətlərin bolluğu nəyə lazımdır? - V.Botkin Fetə yazırdı. – Söhbətin fransızca getdiyini qeyd etmək bəs edərdi. Bu tamamilə artıqdı, özü də adama pis təsir edir...” Buna görə də 1873-cü ildə “Hərb və sülh”ün yeni nəşri çap olundu. Bu nəşrdə Fransız dili demək olar yox olmuşdu, müəllifin fəlsəfi və hərbi-tarixi mühakimələri isə əlavədə verilmişdi. Nəticədə geniş şərhli kiçik melodrama alınmışdı.

“Moskovskie vedomosti” yeni redaktədəki çapı alqışlayırdı: “Qraf Tosltoy Fransız dilində verilmiş bütün danışıqları çıxarıb, bunları koloriti itirmədən rus dilində də vermək olardı. Ən başlıcası isə hərb sənəti və ümumiyyətlə tarixə baxışı haqqında mühakimələrini birləşdirərək “On ikinci il müharibəsi haqqında düşüncələr” başlığı altında verib. Bu mühakimə və düşüncələr haqqında fikirlər nə cür olsalar da hər kəs razılaşar ki, romanı yükləyirdilər və oxucunu bədii əsərdən zorla ayırırdılar.” Ancaq məlum oldu ki, çoxları bu fikirlə razılaşmayıb. Kəsilib-doğranmış roman bir dəfə də çap olunur, bundan sonra, 1886-cı ildən başlayaraq “Hərb və sülh” bizim bildiyimiz formasında, ilk dəfə necə çıxmışdısa o cür də çap olunmağa başlayır: Fransız dilinin və fəlsəfi fikirlərin bol olduğu formada. Bu yerdə bir haşiyə çıxaq: 2007-ci ildə “Zaxarov” nəşriyyatı romanın “Moskovskie vedomosti” qəzetinin resenziyaçısının bəyəndiyi versiyasını çap edir. Naşir İqor Zaxarov qısa formanın çapı barədə belə deyirdi: “O birindən iki dəfə qısa və beş dəfə çox maraqlıdır.”

Mazurka rəqsi və pirojnalar

Çap olunandan dərhal sonra şedevr kimi qəbul olunan romana maraqlıdır ki, Tolstoyun münasibəti yüngül desək get-gedə skeptik hal alırdı. 1871-ci ilin yanvarında Fetə yazdığı məktubda o, artıq etiraf edirdi: “Şadam ki, bir daha “Hərb və sülh” kimi uzunçu cəfəngiyat yazmayacam.”

Bunun adı təvazökarlıqdırmı? Bilmək olmaz. Ancaq bu fikir yazıçının gündəliklərində də özünə yer edib: “İnsanlar məni “Hərb və sülh” və bu kimi başqa havayı şeylərə sevirlər, onlar nədənsə bu əsərləri çox vacib bilirlər” (1908). Təqribən elə bu ərəfədə Tolstoy Yasnaya Polyanaya gələn qonaqlardan birini “Hərb və sülh” kimi bir əsər üçün minnətdarlıq bildirdiyinə görə pərt edir: “Bu ona bənzəyir ki, elə bil Edisonun yanına bir adam gəlib deyir: “Yaxşı mazurka oynadığınıza görə sizə təşəkkür edirəm.” Deyəsən, o, hiyləgərlik eləmirdi.

Tolstoyun “Hərb və sülh” və başqa əsərlərinə əsas iradı ondan ibarət idi ki, bu xalqa aydın olmayan, təhsilli siniflər üçün yazılmış ədəbiyyat idi: “Bu çörək kimi vacib deyil, pirojna kimidir.” Tolstoy o zaman artıq yeni xalq maarifçi ədəbiyyatının yaradılması və inkişafı ilə məşğul idi.

“Pirojna”lar isə daha ona maraqlı deyildi.

# 1152 dəfə oxunub

Müəllifin son yazıları

# # #