“Don Kixot” bu gün yazılsaydı nə olardı?

“Don Kixot” bu gün yazılsaydı nə olardı?
26 iyun 2013
# 07:45

Dünya ədəbiyyatında bu gün elə şah əsərlər var ki, onlar yazıldığı dövrlərdə heç də indiki kimi maraq oyandırmamış, hətta nəşriyyatlar onları nəşr etməkdən belə imtina ediblərmiş.

Kulis.Az vaxtilə əsərlərinin nəşrində bir sıra əngəllər olmuş məşhur yazıçıları təqdim edir.

2007-ci ildə Devid Lassman adlı bir ingilis müəlliflərin kitablarının nəşriyyatlar tərəfindən davamlı şəkildə rədd edilməsinin günahını yazıçıların özündə deyil, nəşriyyatların qeyri-ciddilik və diqqətsizliyində görür və bunu çox qəribə şəkildə sübut etməyə çalışır. Yalnız ingilis ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatın böyük əsərlərindən sayılan Ceyn Ostenin üç böyük romanını çox cüzi dəyişikliklərlə köçürən Lassman kitablara öz imzasını qoyur və onları 18 nəşriyyata yollayır. Yazıçını plagiatda günahlandıran bir nəşriyyat xaric, qalan 17 nəşriyyat romanları nəşr etməyi rədd edir.

Yazıçı J. K. Roulinqin təmsilçisi adı “İlk təəssüratlar” olaraq dəyişdirilmiş “Eşq və qürur”u oxuyaraq olduqca zəif əsər hesab etmişdir. “Eşq və qürur”un müəllif hüquqlarına sahib “Pengiun” nəşriyyatı isə Lassmanın göndərdiyi əsərin ilk hissələrinin maraqlı və orijinal olduğunu söyləsə də romanın digər hissələrini oxumağa maraq göstərmir. “Bloomsbury”, “Random House”, “Harper Collins” kimi nəşriyyatlar isə heç bir səbəb göstərmədən əsəri nəşr etməkdən boyun qaçırırlar.

“Don Kixot” bu gün nəşr olunardımı?

Amerikalı bir redaktorun “Don Kixot”la bağlı araşdırmasından sonra yazdığı məqalədə romanı redaktorların mübahisəli qarşılayacağını və bu gün nəşr olunması bir az şübhəli olduğunu deməsindən sonra bir qəzet nəşriyyatlara sorğu göndərir, cavabında isə “Xeyir” cavabı alır. Sorğu isə belə olur: “Bu gün “Don Kixot”u sizə gətirsələr nəşr edərdinizmi?”

Umberto Ekonun 1992-ci ildə qələmə aldığı “Yalnış oxumalar”da ən böyük mətnlərin belə necə rədd ediləcəyini bir bədii redaktorun dilindən yazır. Redaktor Prustun “İtmiş zamanın axtarışında” romanını ancaq mükəmməl bir redaktədən sonra karton qapaqlı cildlərlə nəşr oluna biləcəyini deyərək qeyd edir: “Əgər yazıçı buna razı olmasa o zaman unudun getsin. Bu vəziyyətdə kitab çox çətin oxunardı.”

Hər kəs rədd edilir, həm də neçə dəfə

Tarixə nəzər saldıqda görərik ki, bir çox böyük yazıçı vaxtilə əsərlərini çap etmək üçün çox çətinliklər çəkiblər. Bernard Şou məşhur olmamışdıan əvvəl yazdığı beş romanını 60-dan çox nəşriyyata göndərir, amma hamısından rədd cavabı alır.

Uilyam Qoldinqin bu gün klassik əsər hesab edilən “Milçəklərin kralı” əsəri 20 nəşriyyat tərəfindən rədd edilmişdi.

Con Fauzls “Kolleksiyaçı” əsəri ilə də eyni münasibət görür.

Con Kennedi Tul isə “Axmaqlar birliyi” romanının dəfələrlə nəşriyyatlardan geri qaytarılmasına dözə bilməyib 32 yaşında həyatına son qoyur. Roman 12 il sonra “Plutzer” mekafatı ilə təltif olunur.

Corc Oruel 1944-cü ildə “Heyvanıstan” əsərini “məşhur Faber and Faber” nəşriyyatına yollayır. O zaman nəşriyyatın rəhbəri olan şair Tomas Eliot isə əsəri çox trostkistçi hesab edərək çap etməkdən imtina edir.

Alfred Hambollt adlı bir nəşriyyat sahibi isə ona Marsel Prustun “İtmiş zamanın axtarışında” əsərini gətirən dostunə dəhşətlə belə deyir: “Sevgili dostum, bir insanın yatmamışdan əvvəl yataqda yerində o yan bu yana çevrilməsini 30 səhifə yazmağa nə gərək var?”

Böyük yazıçı Andre Gide də Qallimar nəşriyyatının rəhbəri olduğu zaman Prustun həmin əsərini çap etməkdən imtina edir. Nəhayət Prust nəhayət ki, “İtmiş zamanın axtarışında” əsərini öz hesabına çap edir və əsər uğur qazanır. Bundan sonra Gide utandığından bilmir nə etsin.

Jozef Konrad və D. Lourens kimi yazıçıları çap edərək məşhurlaşdıran Edvard Qarnet nə qədər qəribə olsa da Ceyms Coysun “Rəssamın gənclikdəki portreti” əsərini çap etməkdən imtina edibmiş.

14 yaşındakı Victor Hüqo…

Viktor Hüqo hələ 14 yaşında olarkən Parisdə bir redaktorun qarşısına kəsir və şeirlərini çap etmək istəyini bildirdikdən sonra rədd cavabı alır. Hüqo bu zaman özünə yox redaktora üzülür: “Səhv etdiniz. İlk şeirlərimi nəşr etsəydiniz sonrakı bütün əsərlərimin nəşr haqqını sizə verəcəkdim.”

Balzakın ilk romanı isə nəinki nəşr olunmur, heç nəşriyyatın qapısından da keçmir. Kitabın çap edilməməsi fikri bilavasitə Balzakın ailəsinə mənsub olur. Tarixi tragediya janrındakı bu əsərin yazılma müddətində ailəsi Balzakın bütün xərclərini ödəyir. Lakin əsər hazır olandan sonra ailəsi onu bəyənmir. Təəccüblü burasıdır ki, Balzak özü də romanı bəyənmir və bir daha üzünü açmamaq şərti ilə masanın çəkməcəsinə qoyur.

Nabokov və Drayzer də əsərlərində açıq-saçıqlığa görə çap edilməyiblər.

Mixail Bulqakovun “Ustad və Marqarita” əsərinin çapına isə dövlət tərəfindən qadağa qoyulub. Rus yazıçısının mistik əsəri yalnız Avropada çap olunub məşhur olandan sonra doğma ölkəsində nəşr edilə bilib.

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

# # #