Dahilər seks haqqında - AFORİZMLƏR

Dahilər seks haqqında - <span style="color:red;">AFORİZMLƏR
16 yanvar 2015
# 08:45

Kulis.Az məşhurların seks haqqında fikirlərini təqdim edir.

Çarlz Darvin: Mənə elə gəlir ki, dünyada cinslərin varlığından böyük sirr yoxdur.

Artur Roşe: Seks uşaqların böyüklərin yanında heç vaxt müzakirə etmədikləri şeydir.

Stiv Martin: Qadınlar sekslə məşğul olmaq istəyəndə üzlərində yaranan “o ifadə”ni bilirsiz də? Mən də bilmirəm.

Ja Ja Qabor: Şəxsən mən seks haqqında heç nə bilmirəm, çünki özümü tanıyandan bəri evliyəm.

Leonardo da Vinçi: Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi.

Ralf Ualdo Emerson: Ən üstün insanlar öz içlərində hər iki cinsi də evləndirənlərdir.

Levis Qrizzard: Qadınlar da həzz almağa başlayandan sonra seksin əvvəlki ləzzəti qalmayıb.

Covanni Bokkaçço: Kəndlilər hər on toyuğa bir xoruz verdikləri halda, bir qadına xidmət göstərmək üçün on kişi kifayət etmir.

İzabel Alyende: Erotizm bircə tükü, pornoqrafiya isə toyuğun hamısını işlətməkdir.

Klara Makmillen: Seksə maraq salandan bəri Alfredin (ərinin) üzünü az-az görürəm.

Bett Midler: Seks bu qədər təbii bir fenomendirsə, necə eləmək lazım olduğunu öyrədən bu qədər kitab niyə var?

Lin Launer: Bəzi alətlər var ki, xüsusilə qadınlarda cinsi istəyi artırmaq gücünə malikdir. Mercedes-Benze 500SL bu alətlərin ən birincisidir.

Noel Kovard: “Madam Bavari” bu günə qədər var olan ən seksual kitabdır. Qadın rəsmən nimfomankadır, amma kitabda bir dənə də bayağı sözə rast gəlməzsən.

Henri Miller: Reenkarnasiyanın doqquz səbəbindən biri seksdir. Digər səkkiz səbəbi sadalamağa dəyməz.

Klifford Odets: Seks yoxsulların polosudur.

Oldos Haksli: Seksdən daha maraqlı şey kəşf edən adama intellektual deyilir.

Şirli Maklayn: O qədər çox filmdə fahişə rolunu oynamışam ki, artıq heç kim mənə normal şəkildə pul vermir. Pulu komodun üstünə qoyurlar.

Brendan Behan: Pul qarşılığında olan sekslə havayı seksin arasındakı fərq odur ki, pul qarşılığında olan seks daha ucuz başa gəlir.

Corc Börns: Zamanın ötüb keçməsi ilə ayaqlaşa bilmirəm. Havanın təmiz, seksin isə kirli olduğu günlər elə bil dünən idi.

Vudi Allen: Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa.

Elton Con: Öz cinsinizdən olan biri ilə yatmağın pis tərəfi yoxdur. İnsanlar seks mövzusunda son dərəcə azad olmalıdırlar. Amma məsələ keçilərə gələndə sərhədi keçmək lazım deyil.

H.G.Uells: Səhər vaxtı yazılarınızı yazıb daha sonra lazımı adamlarla görüşmüş, görməli işləri etmisiz. Bundan sonra darıxdığınız an yetişir; bax, o seks anıdır.

Vudi Allen: Sekslə məhəbbət arasında fərq odur ki, seks gərginliyi azaldır, məhəbbətsə artırır.

Alan Bennet: Seks Sahara çölündə sürünən adamdan “Perrier”, yoxsa “Malvern” suyu içirsən soruşmaq kimidir.

# 11066 dəfə oxunub

Müəllifin son yazıları

# # #