Yuxuda qızının öldüyünü gördü, əsər yazdı

Yuxuda qızının öldüyünü gördü, əsər yazdı
25 may 2013
# 07:00

Deyilənə görə bir dəfə jurnalistlərdən biri Mendeleyevə sual verir ki, necə oldu “Elementlərin dövrü sistemi”n yuxuda kəşf etdiniz. Böyük kimyaçı cavab verir ki, mən onu yuxuda görmək üçün o qədər yuxusuz gecələr keçirmişəm ki.

Amma bu təkcə elm adamları ilə baş vermir. Yazıçılar da yuxuda gördükləri bir hadisədən ilhamlana bilirlər. Onların da yuxuları böyük romanların ərsəyə gəlməsində vasitə olur. Aşağıdakı siyahıda yuxulardan təsirlənərək əsər yazmış yazarları təqdim edirik.

Marqaret Etvud (1939) Kanadalı şairə, yazıçı

“60-cı illərin ortalarında gördüyüm ən yaddaqalan yuxu idi. Yuxuda gördüm ki, IX əsrdə yaşamış bir ingilis mühaciri Suzanna Mudinin həyatı haqqında opera yazıram. Olduqca təsirli bir yuxu idi. Elə bu səbəblə xanım Mudinin həyatını araşdırdım, hətta bir şeir, bir televiziya filmi və bir roman yazdım. Romanın adı “Alias Grace”di və onun həyatı üzərində qurulmuşdu. Amma bu cür yuxu ilə yazılmış roman təcrübəsi çox az rast gəlinir.”

Stefan Kinq (1947) ABŞ yazarı, mistika, fantastika, fentezi ustası

Stefan Kinq yuxularla yaradıcılıq arasında güclü bir bağlılığın olduğuna inananlardandı. Yuxu ilə reallığı bir-birinə bənzədən Stefan Kinq daha sonra vurğulayır: “Mənim bir yazar olaraq etdiyim işlərdən biri də gündüz yuxu görməkdi. Çox zaman da bu məndə alınır. Səhərlər yazı yazmaq üçün oturanda əvvəldən sonadək yazdığım yazının təsirində oluram. Ətraf aləmlə də əlaqəni unutmuram, amma bu anlar dərin bir yuxu kimi olur”.

Yazarın 1975-ci ildə qələmə aldığı “Salem's Lot” romanı uşaqlıqda gördüyü bir yuxudan təsirlənərək yazılıb:

“Bir təpəyə çıxıram və orada dar ağacı ətrafında uçan quşlar görürəm. Dar ağacından bir adam asılıb, amma hələ ölməyib, boynu qırılıb. Üzü şişib, gömgöydü. Yanına yaxınlaşanda bir anda gözlərini açır, qollarını uzadır və məni tutur.”

Bu yuxusunu böyüyəndən sonra ilham qaynağına çevirən Kinq: “İllər sonra “Salem's Lot”un üstündə işləməyə başlayarkən bu əsərin ABŞ-dan gələn qorxunc, köhnə bir evdə yaşayan bir vampir haqda olacağını düşünürdüm. Əsər haqqında düşünürdüm ki, birdən özümə sual verdim ki, bəs 8-9 yaşımda gördüyüm yuxu nə olacaq? Bəli, o kabusu xatırladım və hər şey əla oldu.”

İzabel Allend (1942) Çilili yazar, jurnalist

“Nənəm “Ruhlar evi”ndəki Klara obrazını yazmaq üçün ilham mənbəyim olub. Nənəm də onun kimi idi. Bəlkə də onun kimi deyildi, özümdən uydurmuşam, nə bilim. Ancaq əsər onun haqqında eşitdiyim hekayələrdən qaynaqlanır. Şən, mükəmməl və kahin kimi bir qadın imiş. Mən çox kiçik olanda ölsə də onu bir az xatırlayıram. Bəzən yuxularıma giri; o bir yerə oturmuş yazı yazarkən başının üstündə dayanıb ona baxıram. Onu gəncliyini görməsəm də, nədənsə yuxularımda həmişə cavan yaşlarında olur. Yuxuda yazdığı şeyləri xatırlaya bilməsəm də görürəm ki, rəngli mürəkkəblə bir dəftər, ya da şəkilin arxasına nəsə yazır. Bu yuxular içimi rahatladır. Çünki, həyatımda hər şey yolunda getməyə başlayanda nənəm yuxuma girir“.

Maya Anjelu (1928) Afroamerikan yazar, şairə

“Yuxuların məqsədi olduğuna inanıram. Hər şeyin bir məqsədi vardır. Yaradılmış hər şeyin. Ola bilsin ki, mən yuxunun məqsədini anlaya bilməyim. Ola bilsin ki, yuxu mənə xeyir verməsin. Amma bircə onu bilirəm ki, beyin qəribə və təəccüblənəcək dərəcədə sirlidir.

Enn Rays (1941) ABŞ yazarı, ssenarist və prodüsser

Enn Rays “Vampirlə görüşmə” adlı romanını yazmağa başlayanda beş yaşında itirdiyi qızının yasını saxlayırmış. Romandakı Klaudiya obrazı ilə yazarın şəxsi faciəsi arasındakı əlaqə axtarmağa çalışan tənqidçilər qənaətlərini təsdiqləyən yazar müsahibələrinin birində deyib: “Bir gecə yuxuda qızım Mişeli gördüm; qanında nəsə qəribəlik var idi, ölürdü. Olduqca qorxulu yuxu idi. Bir neçə ay sonra qızıma leykoz diaqnozu qoyuldu.”

Meri Şelli (1797-1851) İngilis yazıçı

Meri Şelli 1816-cı ilinin yazını Lord Bayronun Cenevrədəki villasında keçirir. Axşamlar edilən “qorxulu” söhbətlər ona çox pis təsir edir və 18 yaşlı Meri yuxularında kabus görməyə başlayır. Şelli sonralar bu yuxudan təsirlənərəl “Frankşteyn”i yazır.

# 7203 dəfə oxunub

Müəllifin son yazıları

# # #