Murad Menteş müasir türk yazıçısıdır. 1974-cü ildə İstanbulda anadan olub. “Dublyorun dilemması”, “Qorxma, mən varam” kimi romanları var. Yazıçının sonuncu “Ruhi Müscərrəd” romanı Türkiyədə olduqca ciddi marağa səbəb olub. Əsərdə, 100 yaşlı İstiqlal savaşı qazisindən, dünyanı ağuşuna alan reklam imperiyasından danışılır. Kulis. Murad Menteşin “Ruhi Mücərrəd” romanından seçmə fikirləri təqdim edir.
***
- Həyat necə gedir?
- Onu yaşayan birindən soruş.
- Dünən görüşə bilmədik, hardaydınız?
- 30 il bundan qabaq “3 ay ömrünüz qaldı” deyən həkimin dəfn mərasimində idim.
- Qəbri nurla dolsun.
***
“Kim yüz yaşında olmaq istəyər ki?” – deyə mızıldandı.
“99 yaşındakılar”- dedim.
***
Məzar daşıma “Sizi ayaq üstə qarşılaya bilmədiyim üçün üzr istəyirəm” yazdıracam.
***
Əgər 100 yaşındasınızsa insanlar sizi hər gördüklərində hələ də canlı olmağınıza təəccüblənərlər.
***
Evlilik deyilən şey qadına deyinmək vəzifəsi, kişiyə isə ağzını büzmək imtiyazı verən müqəddəs bağdır.
***
Evlənmək dost qazanmağın yaxşı bir yolu deyil.
***
Eşq gənclərin oynadığı, amma qocaların bildiyi bir oyundur.
***
Məscid terminal kimidir. Camaatın əksəriyyətini yaşlıların təşkil edən üzvləri o biri dünyaya getmək üçün burda hər gün 4-5 dəfə toplanırlar. Lakin məsciddə də həmişə gecikmə olur. Əcəl gözlənildiyi yerə belə dəvətsiz qonaq siması ilə gəlir.
***
Dünyanın faniliyini saymasaq cənnətdən fərqsizdi.
***
Müharibə qadının işidir, Ozan. Çünki onlara arıqlamaq lazım olur.
***
Qocalar cavanlara ölümü xatırladır. Cavanlar da qocalara.
***
Ətrafımda fırlanan ölüm mələyi qanadlarının mehi ilə məni köçə məcbur edir. Ölümün ağzında dikilmək hər şeyi asanlaşdırır, ölmək xaric.
***
Yaşamaq ölülərin də haqqıdır.
***
Ölümə ən çox bənzəyən yuxu, müharibədə yatılan yuxudur.
***
Yaşamaq mənim xroniki xəstəliyimdir.
***
Allahı sevdiyini deyən kimsə özünü sevmirsə deməli səmimi deyil. Yaşamaq yeni günahlar işləyə biləcək gücdə olmaqdır.
***
Çox təəssüf ki, insan zamanın dəyərini öyrənənə kimi ömür sona yetir.
***
Dost – hələ hücum etməmiş düşmən deməkdir.
***
Bir adam kədərdən dəli olanda digərləri onun kədərini deyil, dəliliyini görür.
***
Özümü qumsala atılmış şərab şüşəsi kimi boş hiss edirəm.
***
Yuxularımdakı qadınla rastlaşmışdım. Tək fərq o idi ki, yuxularımdakı qadın geyimli deyil.
***
Alın yazınızın altına imzanızı qoya bilməzsiniz.
***
Eqoistlik axmaqların özlərinə zərər vermə üsullarının ən geniş yayılmışıdır.
***
Həkim vicdansızlıq edə bilər; qatil işinə mərhəmət qata bilər.
***
Qəlbim paltaryuyan maşınındakı göyərçin kimi çırpınırdı.
***
Deyəsən, comərdlik bir kişinin edə biləcəyi ən seksual şeydir.
***
Meydanı olmayan şəhərdə demokratiya inkişaf etməz.
***
Gəlinlik paltarı geyinmiş adama qətiyyən güvənmə. Xüsusilə əgər o qadındırsa!
***
Təəssüf ki, ömrün ilk və son nəfəslərində qəhqəhəyə yer yoxdur.