Buyurun yataq otağımıza
6 oktyabr 2012
08:00
Başqaları həmişə maraqlıdır. İnsanlar qonşusunun, qohumunun, dostunun, tanışının şəxsi həyatını həmişə bilmək istəyir. Azərbaycanlılarsa, bu işdə lap “peşəkardırlar”. Bəli, peşəkardırlar. Onlar bunu yaxşı bacarırlar.
Küçədə köhnə bir tanışla rastlaşanda birinci sualı belə olur: "Ailə həyatın necə gedir?", “Uşaq varmı?”. Bəziləri üçün bu sadəcə klişe bir sualdır. Söhbət etmək, hal-əhval tutmaqçündü. Amma böyük əksəriyyət sadəcə bizim şəxsi həyatımızla maraqlandığına görə bu cür sualları verir. (Ümumiyyətlə “uşaq varmı” sualını vermək tamamilə qeyri-etikdir. Bu isə ayrı bir mövzudur)
Bizim şəxsi həyatımız - evdə etdiyimiz, nə yeyib içdiyimiz, necə sevişdiyimiz, necə yatıb necə qalxmağımız, soyuducumuzdakı ərzaqlar – onları maraqlandırır.
İmkan versən, qonşular gətirib adamın evinin içinə kamera qoyar. İmkan versən, qohumlar gəlib adamın evindən fotosessiya edər. Hər şeyimizi izləyərlər. Onlar üçün dünyanın ən yaxşı filmlərindən daha maraqlı olar bu. Zatən seriallara olan maraq da burdan doğmurmu: başqalarının həyatı.
Bizim bir qonşumuz var. Bütün günü gözü üzərimizdədir. Hələ evlənib bura köçməmişdən bizi nəzarət altında saxlayır. Toydan qabaq evi düzəldirdik. Mebelləri, soyuducunu, televizoru gətirirdik. Yeri döşəyirdik. Üzbəüzdə yaşayan bu qonşu hər dəfə yeni bir şey alıb gətirəndə mütləq bizə təşrif buyururdu. Guya bizim aldığımız əşyalar buna maraqlıydı. Qiymətlərini öyrənirdi. Mebelə baxmaq məqsədi ilə gəlib evin içinə girirdi: “Aaa... Nə qəşəngdi? Hardan almısız? Mən də almaq istəyirəm beləsini...” Əslində isə həmişə gələndə şəxsi suallar verirdi: “Hardansınız? Necə tanış olmusunuz? Nə qədər nişanlı qaldınız? Toyunuz nə zamandır? Nişanı harda etmişdiniz? Qız oğlan toyu bir yerdə olacaq yoxsa ayrı?” və s.
Əlbəttə imkan versəydik, lap toy gecəsində gəlib yataq otağını kəsdirə bilərdi. Axı niyə də olmasın?
Qonşular toyumuzun nə zaman olacağını öyrənmişdilər. Bəziləri yatmamış, gecəni gözləmişdilər ki, gəlin qapıdan keçəndə ona baxsınlar. Görsünlər, gəlinlik paltarı necədir? Görsünlər, saçını nə cür düzəldib? Gözəldirmi, çirkindirmi?
Adam bir az sırtıq ola. Toy paltarını dəyişdikdən, pijamanı geyindikdən sonra düşüb qonşuları çağırasan evə: “Əziz qonşular. Axşamınız xeyir. Nəhayət ki, biz evləndik. Köçdük bura. Hamınızı dəvət edirəm bizə. Buyurun. Qonağımız olun...”
Böyük problemdir. Bilmək olmur insanlar niyə başqalarının həyatına bu qədər maraq göstərirlər?
Onlardan soruşmaq lazımdır.
Axı siz öz həyatınızı normal qura bilmisinizmi?
Uşağınızı normal böyüdə bilmisinizmi? Təhsil alıbmı? Cəmiyyətə yararlı övlad olubmu?
Həyat yoldaşınla normal cinsi münasibətlər qura bilmisənmi?
İşin varmı? İş yerində insanlarla normal münasibət qura bilirsənmi?
Mənim həyatımı müzakirə mövzusuna çevirincə, mənim həyatımla maraqlanınca öz həyatını qurmağa çalış. Artıq gecdirsə, bundan sonra nəsə et.

3731 dəfə oxunub