Ailə qurmaq istəyənlər bu şəkli çəkir

Ailə qurmaq istəyənlər bu şəkli çəkir
15 avqust 2013
# 14:49

Bir çox insanlar darıxdırıcı iclaslar zamanı və ya bekarçılıq olanda bloknotunda, adi kağız parçasında naxışlar, şəkillər çəkməyə başlayır. Bu cızma-qaralara diqqət yetirmək lazımdır. Çünki onlar sizin xarakteriniz, əhvalınız haqqında xeyli informasiya verə bilər.

Spirallar, dairələr, dalğavari xətlər

Başqalarının problemləri sizi narahat etmir və ya ümumiyyətlə maraqlandırmır. Çox güman ki, yüngülvarı böhran keçirirsiniz. Bu aralar özünüzdən çıxmamaq və həmsöhbətinizi təhqir etməmək üçün diqqətli olmalısınız.

Güllər, günəş, zəncirlər, hörük şəkilli naxışlar

Kənardan şad-xürrəm görsənsəniz də əhvalınız əslində tam tərsidir. Siz daha çox dostluq və nəvaziş arzusundasınız. Ona görə də insanlar arasında olmaq sizin xeyrinizə olar.

Torlar

Hiss edirsiniz ki, riskli və ya narahat vəziyyətə düşmüsünüz. Sizi incidən və qıcıqlandıran şeyləri udmağa meyllisiniz.

Kəsişən ürəklər

Siz hisslərlə dolusunuz, sanki bütün dünyanı öpmək istəyirsiniz. Hisslərinizi gizlətməyə ehtiyac yoxdu. Onlar haqqında danışmaq lazımdır.

Divar kağızındakına bənzər naxışlar

Belə şəkillər darıxdığınızın, hal-hazırda gördüyünüz işdən, ümumiyyətlə həyat tərzinizdən bezməyinizin əlamətidir.

Xaçlar

Xaç şəkli çox güman ki, hal-hazırkı anda yaranan günah hissini ifadə edir. Sizi narahat edən nəsə var: ya siz özünüz özünüzü ittiham edirsiz, ya da bunu həmsöhbətiniz edir.

İnsan şəkilləri

Bu köməksizlik və ya hansısa məsuliyyətdən yayınmaq istəyini ifadə edir.

Kvadratlar, üçbucaqlar və digər həndəsi fiqurlar

Sizin çox dəqiq məqsəd və mühakimələriniz var. Demək olar ki, heç vaxt fikirlərinizi gizlətmirsiniz. Adətən çox diqqətlisiniz, hər şeyi mürəkkəbləşdirməyin.

Arı şanı

Belə şəkil sakitlik, harmoniya, həyatı qaydaya salmaq istəyinin göstəricisidir. Bu, həm də ailə qurmaq istəyini göstərə bilər.

Şahmat löhvəsi

Çox güman ki, siz xeyli çətin vəziyyətdəsiz. Əgər belə şəkilləri tez-tez çəkirsinizsə deməli gizli komplekslərdən əziyyət çəkirsiniz.

Dairələrin kəsişməsi

Bu şəkil sabit və daimi əlaqə haqqında fikirlərin göstəricisi olsa da çox vaxt nədəsə iştirak etmək istəyini də ifadə edir. Siz hal-hazırda hadisələrdən kənarda qaldığınızı, təcrid olunduğunuzu hiss edirsiniz.

# 2964 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #