“Novruzəli” - sürətli poçt xidməti MARAQLI ADLAR

“Novruzəli” - sürətli poçt xidməti <span style="color:red;">MARAQLI ADLAR
15 mart 2016
# 12:05

Ölkədə yaranan yeni qurum və təşkilatlara ad tapmaqda çətinlik çəkirik. Hətta bu işin bəzi bürokratik əngəlləri də var. Misal üçün, qanuna görə dövlət tarixi-milli adların, etiketlərin və işarələrin istifadəsinə nəzarət etməlidir. Buna görə bəzi anlaşılmazlıqlar və problemlər ortaya çıxır. Bəs bu işi necə tənzimləməli? Sözü gedən sahə ilə məşğul olan insanlara kömək məqsədi ilə ədəbiyyatımızın ən məşhur ad və ifadələrindən istifadə edərək bəzi təkliflər irəli sürmüşük. Buyurub, baxa bilərsiniz.

“Darıxma, düzəlməyəcək” – psixiatriya mərkəzi

“Qara paltarlı qadın” – gəlinlik dükanı

“Qəbrim damır, ağlama” – beton-konstruksiyalar zavodu

“Salam, dar ağacı” – taxta-şalban sexi

“Topal Teymur” – qaçış kursları

“Qılınc Qurban” – dəmir-dümür mağazası

“Şahbaz bəy” – xaricdə təhsil mərkəzi

“Şeyx Nəsrullah” – fırıldaqçılığa qarşı mübarizə mərkəzi

“İbrahimxəlil kimyagər” – kimya problemləri institutu

“Qəm pəncərəsi” – şadlıq sarayı

“Novruzəli” – sürətli poçt xidməti

“Qəmlo” – humanizmin təbliği cəmiyyəti

“Mürafiə vəkilləri” – hüquq məsləhətxanası

“Daş yuxular” – millətçi gənclər birliyi

“Kollu Koxa” – adqoyma mərkəzi

“Kefli İsgəndər” – alkoqolizmlə mübarizə cəmiyyəti

“Koroğlu” – fərarilərin hüquqlarını müdafiə mərkəzi

“Başı kəsik gözəl kötük” – təbiəti mühafizə təşkilatı

“Vadiyi-vəhdət” – ana dilini qoruma klubu

“Şair, nə tez qocaldın sən” – sağlamlıq mərkəzi

“Kəbirlinski” – intellektual teatr kursları

“Lal Hüseyn” – natiqlik məktəbi

“Usta Zeynal” – operativ təmir idarəsi

“Çopur Cabbar” – estetik klinikası

“Məmmədhəsən əmi” – ziyarət agentliyi

“Qan içində” – ət mağazası

“Qətl günü” – doğum klinikası

“Xudayar bəy” – demokratiyanın təbliği proqramı

“Təhminə” – ailə dəyərlərinin qorunması institutu

“Tələsmə, Zaur” – milli güləş mərkəzi

“Məşədi İbad” – evlilik proqramı

“Mirpaşa” – dini mallar mağazası

“Hacı Qara” – xeyriyyə cəmiyyəti

"Ay alan, məmləkəti Rey satıram" - satınalmalar agentliyi

“Millət necə tarac olur olsun...” – dövlət qulluğuna hazırlıq kursları

“Qara volqa” – hüquq maarifçiliyi birliyi

“Oxutmuram əl çəkin” – hazırlıq kursları

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər