Tanrıya meydan oxuyanlar – YAZIÇILAR GÜNÜ

Tanrıya meydan oxuyanlar – <span style="color:red;">YAZIÇILAR GÜNÜ
3 mart 2017
# 13:00

Bu gün Beynəlxalq Yazıçılar Günüdür.

1986-cı ildən keçilir.

Necə keçirilir, harda keçirilir, nə üçün keçirilir bununla işimiz yox.

Biz bu günün şərəfinə bircə suala cavab verək: kimdir yazıçı?

Günəş qalaktikasında Yer adlı balaca bir planet var və bu planetdə yüzlərlə peşədən biri də yazıçılıqdır.

Qədimlərdən üzübəri missiyası nə olub bu sənətin?

Məğzi, qayəsi nədir?

Bəlkə, elə doğrudan da, Markesin təbirincə desək, heç də polis qədər vacib sənət deyil?

Gəlin cavab üçün elə birinci Markesin yaxasından yapışaq və bu bivec dünyada Markesin özü ilə müqayisə olunacaq bir polis axtaraq.

Taparıqmı?

Tapmarıq.

Çünki polislər çoxdur, Markes bir dənə!

Yaxşı polislər, böyük polislər, yüksək çinli polislər indən belə də çox olacaq, ancaq Markes bir daha doğulmayacaq.

Sizcə bu Markesin dəyərini artırmırmı?

Artırır!

Bu gün dünyaya hökm edən anqlo-sakson mədəniyyətinin məhək daşı Şekspirdir, Bayrondur.

İspaniya deyəndə ən birinci “Don Kixot” yada düşür.

Donkixotluq bir vəziyyət, bir hal, bir substansiya kimi az qala bəşəriyyətin brendinə çevrilib.

Bir yazarın yaratdığı Hamlet tanrının yaratdığı Cona, Saşaya, Mamedə meydan oxuyur.

Onlardan daha uzun, daha mənalı yaşayır.

Fransızların Afrikaya elədiyi zülmləri asanlıqla Viktor Hüqonun bir təbəssümünə bağışlamaq olar.

Folkner nəhəng Hollivud sənayesinin əbədi əlçatmaz ucalığındadır.

Hətta o ucalıqdan bir az da ironiya edirmiş kimi gəlir adama...

Roma papası Azərbaycanı haqlı olaraq öz titrək qafasında Nizaminin ikicə misrasıyla canlandırmışdı.

Həllə istəsə bütün müsəlman dünyasını, bütün Şərqi simvolizə edə bilərdi.

Dünyanı fəth edən Teymurləng Firdovsinin qəbrinə qılınc sancaraq qışqırmışdı: “Lağ elədiyin türk mənəm, gəlmişəm, qalx, cavab ver mənə!”

Sonra səsini alçaldaraq özünü onunla müqayisə etmişdi: “Dünyanı sənin kimi fəth elədim!”

Amma yanılırdı...

Teymurilər imperiyası Firdofsinin ən zəif misrası qədər yaşamadı.

Nəsiminin beytlərinin altında neçə imperiyalar yarandı, yaşadı, hökm etdi və məhv oldu.

O beytlərdən “bircə kərpic də” düşmədi.

Zəif və zərif bir bayatının ilk iki misrası belə min illərə meydan oxuyur.

Dünya mədəniyyəti Homer ucalığına həmişə altdan-yuxarı baxdı və baxmaqda davam edir.

Gözləri kor, qədim bir ozana...

Çünki onun silahı Söz idi.

O Söz ki, tanrı da dünyanı yaradanda onsuz keçinə bilməmişdi!

# 2318 dəfə oxunub

Oxşar xəbərlər

Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri - Fəxri Uğurlu

12:00 18 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

17:00 16 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

13:56 14 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

11:12 13 yanvar 2025
# # #