Dünya şöhrətli roman doğma dilimizdə - İLK DƏFƏ

Dünya şöhrətli roman doğma dilimizdə - <span style="color:red;">İLK DƏFƏ
31 iyul 2017
# 09:56

Məşhur ingilis yazıçısı Culian Barnsın 2011-ci dünyanın ən nüfuzlu ədəbiyyat ödüllərindən sayılan “Buker” mükafatına layiq görülmüş “Aqibət duyğusu” romanı Azərbaycan dilində çap edilib.

Kitabın tərcüməçisi “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Kitab “TEAS Press Nəşriyyat evi” tərəfindən çap edilib.

Müəllif haqqında

Culian Barns məşhur ingilis yazıçısı, esseisti və ədəbiyyatşünası, postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. 1946-cı il, yanvarın 19-da İngiltərənin mərkəzi hissəsindəki Lester şəhərində doğulub. 1957-1964-cü illərdə London Şəhər məktəbində, sonra isə Oksford Universitetinin “Maqdalena” kollecində, müasir Qərbi Avropa dillər üzrə fakültədə oxuyub. 1968-c i ildə universiteti fərqlənmə ilə bitirən Culian Barnsın ilk bədii yazıları əsasən “Dən Kavana” təxəllüsü ilə nəşr etdirdiyi detektiv tipli hekayələr olub. Barns bir ara həyat yoldaşı Pət Kavananın soyadını özünə təxəllüs götürmüşdü.

Bir sıra ədəbi almanaxlarda çap olunan Barns ilk romanı “Metrolend”lə “Somerset Moem” mükafatını qazanıb. 1989-cı ildə çıxan “10,5 fəsildə dünya tarixi” romanı isə ədəbi hadisə kimi qarşılanıb. Anti-utopiya janrında yazılmış bu əsərdə bəşər övladının mahiyyəti, keçmişi, bu günü və gələcəyi ilə bağlı bir sıra fəlsəfi suallara cavab axtarılır.

Barns sevgi mövzusunda “O, mənə rast gələnəcən…”, Sevgi və sairə” kimi nəsr nümunələri də yazıb, belə əsərlərindən birinə – “Hər şey olduğu kimi”yə görə 1992-ci ildə “Femina” mükafatı alıb.

“Mediçi” mükafatına layiq görülmüş “Floberin tutuquşusu” romanı ədəbi yaradıcılıq və müəllif fenomeni barədə ən maraqlı əsərlərdən biri kimi qiymətləndirilir.

Culian Barnsın “İngiltərə, İngiltərə”, “Artur və Corc”, “Londondan məktublar” və sair kimi maraqlı əsərləri var.

2008-ci ildə sevimli həyat yoldaşı və məsləkdaşı, məşhur ədəbi agenti Pət Kavananı itirən Culian Barns dərin sarsıntı keçirib, hətta intihar fikrinə də düşüb. Ancaq dostlarının, oxucularının dəstəyi və şəxsi iradəsi sayəsində toparlanan, yenə də yaşayıb-yaratmaq üçün özündə güc tapan Barns bir-birinin ardınca çox qiymətli əsərlər qələmə alıb. Son bir neçə əsərini mərhum xanımına ithaf edib.

2011-ci ildə Barns üçün çox uğurlu olub. Yaradıcılığının zirvəsi sayıla biləcək “Aqibət duyğusu” romanı yazıçıya “Buker” mükafatı qazandırıb. Üstəlik, həmin il “Devid Koen” mükafatına da layiq görülən yazıçı ədəbi yaradıcılığını fəal şəkildə davam etdirir.

“Aqibət duyğusu” romanı son 35 ildə əsərləri dünyanın onlarca ölkəsində nəşr olunmuş Culian Barnsın Azərbaycanda, ana dilimizdə çıxan ilk romanıdır.

Kitabın ana dilimizdəki nəşrinə ön sözü Qismət yazıb. /sim-sim.az/

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #