Yaşıl mürəkkəblə yaz - Oktavio Pasın şeirləri

Yaşıl mürəkkəblə yaz - <span style="color:red;">Oktavio Pasın şeirləri
2 oktyabr 2017
# 17:30

Kulis.az Cavanşir Yusiflinin tərcüməsində Nobel mükafatı laureatı Oktavio Pasın şeirlərini təqdim edir.

Yagışı dinləmək

Dinlə məni, yağışın səsini dinləyən kimi

Nə diqqətli, nə yayğın,

Çiskinli yağışın yüngül ayaq səsi,

Havada əriyən su, zamanın toxuduğu hava,

Gün çıxıb getməklə bitmir,

Gecə düşsə də gəlməyib,

Adda-budda dumanlıqlar

Küçənin küncündə

Topa-topa zaman buludu

bu zamanın tinində,

dinlə məni yağışı dinləyən tək,

qulağını tut,

içimdə gözləri açıq

yuxulu sözlərimi dinlə,

hər bir yuxudan oyanmış mənanı gör

yağır, yüngül addımlar, hecaların uğultusu,

hava və su, yüpyüngül sözlər:

nə idik, nəyik indi

günlər və illər, bu an belə,

çəkisiz zaman, çəkilməz ağrı

dinlə məni, yağışı dinlədiyin tək...

Yaşıl mürəkkəblə yaz

Yaşıl mürəkkəb bağları, meşələri, çəmənləri oyadır

Hərflərin oxuduğu yarpaqları,

Ağac olan sözləri

Yaşıl bürclər olan cümlələri.

İcazə ver sözlərim yerə düşsün, səni örtsün

Qar basmış talaya yarpaq yağışı kimi,

Sarmaşıq altındakı heykəl kimi,

Bu səhifədəki yaşıl mürəkkəb kimi.

Əllər, bel, boğaz, sinə,

Dəniz kimi təmiz alın

Payız meşəsi boynun

Ot sapalağını dişləyən dodaqlar

Təninə yaşıl nişanələr səpələnib

Ağacın gövdəsi tək.

Bu kiçik işıqlı çapıq incidir səni :

Səmaya bax – uduzlar döyülüb üstünə...

Fransız dilindən tərcümə etdi: Cavanşir Yusifli

# 4027 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər