Qumar oynayan, qadınlarla əylənən ədəbiyyat peyğəmbəri

Qumar oynayan, qadınlarla əylənən ədəbiyyat peyğəmbəri
17 iyul 2014
# 14:39

1852-ci ilin iyul ayında yüngül həyat tərzi yaşayan gənc qraf Lev Tolstoy “Sovremennik” jurnalına ilk əsərini göndərir. Bununla təkcə rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının da taleyi dəyişir.

Kulis.Az Lev Tolstoyun “Uşaqlıq” əsərinin yaranma tarixçəsi haqqında məqaləni təqdim edir.

Böyük ədəbiyyatçıların ilk ədəbi fəaliyyətlərini izləmək, haqqında məlumat almaq çox çətin olur. Onlar çox vaxt öz ilk qələm təcrübələrini məhv edirlər. Çoxunun isə cavanlıqda heç gündəliyi olmur, qeydlər aparmırlar. Bu baxımdan Lev Tolstoy rus və dünya ədəbiyyatında unikal yazıçı hesab olunur. “Hər və sülh”, “Anna Karenina” və başqa romanların müəllifinin ilk əsərinin yaranma tarixçəsi ədəbiyyatçılara yaxşı məlumdur. Əlimizdə olan gündəliklər onun gənclik dövrünü, yaşadığı mənəvi böhranı anlamağa imkan verir.

Tolstoyun gündəlikləri olduqca unikaldır. Belə gündəliklər nə Çexovda var, nə Dostoyevskdə, nə Puşkində. Bu gündəliklərdə böyük romanların müəllifi heç bir bəzək-düzəksiz, necə var, eləcə də görünür. Maraqlıdır ki, gündəliklər ondan icazəsiz çap olunmayıb. Hələ sağ ikən Tolstoy gündəliklərinin çap olunmağına razılıq vermişdi. Halbuki o özü qüsursuz dahi obrazını saxlamaq üçün bu gündəlikləri məhv edə də bilərdi.

Bu gündəliklərə görə çoxları Tolstoyun “peyəmbər”liyini qəbul etmək istəmir. Siqaret çəkən, qumar oynayan, qaraçılarla əylənən, ov etməyi xoşlayan 25 yaşlı “Uşaqlıq” müəllifi ilə zülmə qarşı müqavimət göstərməməklə cavab verməyi, vegeterianlığı təbliğ edən, heyvanların öldürülməsinə qarşı çıxan 80 yaşlı müdrik yazıçını müqayisə etmək çətindir.

Tolstoy 1847-ci ildə, 19 yaşında gündəlik tutmağa başlayır. Atası tez rəhmətə getmişdi deyə gənc qraf artıq Yasnaya Polyananın sahibi idi. Zöhrəvi xəstəliyə tutulmuş qraf xəstəxanada yatdığı günlərdə həyat haqqında düşüncələrə dalır. Gündəlikdəki ilk qeyd belədir: “...mən bu qərara gəldim ki, kübar cəmiyyətin cavanlıq adlandırdığı pozğun həyat tərzi ruhun olduqca tez pis yola düşməsinin nəticəsidir.”

Tolstoy həyatını köklü surətdə dəyişmək qərarına gəlir. Beləcə özünün “həyat qaydaları”nı müəyyənləşdirir. “Həyat qaydaları”nı müəyyənləşdirdikdən sonra Tolstoy xəstəxanadan çıxır. Amma yenə də əvvəlki kimi yaşayır. Qumar, qadınlar, borc, işsizlik. Gənc Tolstoy tezliklə Qafqaza getməli olur. Bu təkcə vətənpərvər addım deyil, kübar həyat və borcverənlərdən qaçış idi. Onun dərziyə tikdirdiyi hərbi formaya görə borcunu ödəməyə belə pulu yox idi.

Ancaq Qafqaz günləri, hərbçi həyatı belə onu dəyişmir, gənc qraf köhnə günlərdəki kimi kefinə davam edir. 1847-1854-cü illərdə gündəlikdə yazılanlar özünü tənqidlə ümidsizliyin, bir-birilə zidd fəlsəfi fikirlərlə yeni “həyat qaydaları”nın qarışığından ibarətdir.

Bir çox araşdırmaçı üçün hələ də qaranlıq qalıb: öz dövrünün insanlarından o qədər də fərqlənməyən 25 yaşlı gənc “Uşaqlıq” kimi bir əsəri necə yaza bilib? Məsələ burasındadır ki, Tolstoya qədər hələ heç bir yazıçının belə debütü olmamışdı. Bu əsərdə yazıçı öz uşaqlıq dövrünü analiz etməklə insan psixologiyasının təbiətini anlamağa çalışır. Müasir mədəniyyət üçün o qədər də fərqli tərz olmasa da dövrü üçün inqilabi üslub idi. Bundan başqa kiminsə uşaqlıq illəri o dövrdə ədəbiyyat mövzusu hesab olunmurdu. Müasirlərini heyrətləndirən təkcə mövzu yox, həm də Tolstoyun üslubu idi. 25 yaşlı müəllifin əsərində unikal ədəbi proyimlardan istifadə olunmuşdu, Tolstoy bunu sonralar öz əsərlərində çox geniş şəkildə tətbiq edəcəkdi. Məhz ilk dəfə “Uşaqlıq” əsərində tənqidçilərin “ruhun dialektikası” adlandırdığı fəndən istifadə edir. Qəhrəmanın əhvalını təsvir edərkən müəllif iç monoloqlarından istifadə edir. Müəllif uşağın daxili aləminə dərindən nüfuz edərək onun rəftarının mənəvi tərəflərini tapmağa çalışır.

Tolstoyun nəsri bir anda rus mədəniyyətinin tərkib hissəsinə çevrildi. O bir tərəfdən novator idisə, digər tərəfdən özündən əvvəlki ədəbiyyatdan ən yaxşı xüsusiyyətlərini əxz etmişdi. Qəhrəmanların ustalıqla yaradılmış portretləri, xırdalıqlarına qədər təsvir edilmiş peyzajlar, köhnə mülkədar malikanəsinin, onun məişətinin təsviri.

Tolstoy “Uşaqlıq”ın əlyazmasına Nekrasova, dövrün ən nüfuzlu ədəbiyyat dərgisi “Sovremennik”ə göndərir. Redaktor başlığı dəyişərək əsəri “Mənim uşaqlığımın tarixçəsi” adı altında çap olunur. Bu Tolstoyu özündən çıxarır. O, Nekrasova məktubunda yazır: “MƏNİM uşaqlığımın tarixçəsi heç kəsə maraqlı olmayacaq!” və bir neçə qaba ifadə işlədir. Amma bu məktubu o Nekrasova göndərmək yerinə məşhur şairlər necə tonda danışdığını göstərmək üçün qardaşına göndərir.

Sonrakı illərdə Tolstoy “Uşaqlıq”ın davamı olan “Yeniyetməlik” və “Gənclik” povestlərini yazacaq, Sevastopol mühasirəsində iştirak edəcək, həyatını riskə atacaq, onu məşhurlaşdıran “Sevastopol hekayələri”ni yazacaq, Moskvaya qayıdacaq, amma tezliklə dünya klassikasına çevrilən romanlarını yazmaq üçün öz mülkünə dönəcəkdi. Bununla belə “Uşaqlıq” rus klassikinin ilk və əsas əsərlərindən biri olaraq qalır.

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #